Avropa Komissiyası Avropa Qonşuluq Siyasəti ölkələrində tərəqqi üzrə növbəti illik hesabatını yayıb.
Azərbaycan ilə bağlı hesabatda bildirilir ki, 2013-cü il Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrdə həlledici il olub. Ötən il tərəflər arasında viza rejiminin sadələşdirilməsi və mobillik üzrə tərəfdaşlıq sazişlərinin imzalanması əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi potensialını nümayiş etdirib. Tərəflər arasında Assosiativ Sazişin imzalanması ilə bağlı danışıqlar davam etdirilib. Strateji enerji tərəfdaşlığı daha da gücləndirilib. Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayacaq “Cənub” qaz dəhlizinin tikintisi ilə bağlı addımlar atılıb.
Hesabatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulur. Bildirilir ki, münaqişənin həlli istiqamətində davam edən Minsk prosesində il ərzində durğunluq müşahidə edilib. Həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin ötən ilin noyabrda keçirilən görüşü qeyd olunur.
Hesabatda diqqətə çatdırılır ki, 2014-cü ilin əvvəlində qoşunların təmas xəttində gərginlik yaşanıb. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun həmsədrlərinə davamlı sülhə nail olmaq üçün tam dəstəyi davam etdirib.
Diqqətə çatdırılır ki, Azərbaycan 2012-ci il üzrə tərəqqi hesabatında göstərilən tövsiyələrə əməl edərək korrupsiya ilə mübarizəyə qarşı tədbirlər görüb.
Hesabatda Avropa Komissiyası Azərbaycana bir sıra tövsiyələr də verib.
Təhminə
|