Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bakı Startup Sərgisi” layihəsinin hazırlıq mərhələsi start götürüb. Azərbaycanda ilk dəfə keçirilən sərginin əsas məqsədi son illərdə yaradılmış gənc startupların hər tərəfli təbliğatının aparılmasıdır. Sərgidə iştirak edəcək gənc startuplara həm kooperativ əlaqələr yaratması, həm yeni müştərilər cəlb etməsi, həm də digər startuplarla təcrübə mübadiləsi aparmaq imkanı yaradılacaq.
İyunda keçirilməsi nəzərdə tutulan sərgidə yerli startuplarla yanaşı xarici startupların da iştirakı üçün çalışmalar davam etməkdədir.
Fuad
|