Bakının 5 rayonu üzrə daşınmaz əmlakın elektron kadastr xəritəsi tərtib olunacaq
Tarix: 28.03.2014 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlak haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi işlərinin satın alınmasına dair açıq tender elan olunub. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib. Tenderdə inventarlaşdırma və rəqəmsal kadastr xəritələrinin tərtibi, Coğrafi İnformasiya Sisteminin tətbiqi və idarə edilməsi, geodeziya, fotoqrammetriya və daşınmaz əmlakın kadastrı, rəqəmsal məlumat bazasının idarə edilməsi və rəqəmsal məkan məlumatlarının çatdırılması sahələrində 5 illik iş təcrübəsi olan, müasir geodeziya avadanlıqları, fotoqrammetriya avadanlığı və qrafiki çöl kompüter dəstindən istifadə etməyi bacaran işçi heyətinə malik nüfuzlu yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər. Tenderdə iştirak etmək istəyənlər 1 000 manat məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Tenderin Əsas Şərtlər Toplusunu Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti,31 (Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi) ünvanından ala bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) aprelin 29-dək, tender təklifini və tender təklifinin bank təminatını isə mayın 8-dək təqdim etməlidir. İddiaçıların təklifləri mayın 12-də açılacaq. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Azərbaycanda karantin rejimini pozan 900-ə yaxın şəxs cərimələnib
06.06.2020
Hansı ölkələrdə daha çox çörək yeyilir?
06.06.2020
ÜST maskaların istifadəsinə dair təlimatını yeniləyib
06.06.2020
Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - VİDEO
06.06.2020
Həftəsonu yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə almalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info