Dünyanın turizm təmsilçiləri Bakıya toplaşır
Tarix: 31.03.2014 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Aprelin 3-dən 5-dək paytaxtımız növbəti beynəlxalq turizm tədbirinə ev sahibliyi edəcək. Bu il 13-cü dəfə təşkil olunan Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi («AITF 2014») “Bakı Expo” mərkəzində baş tutacaq. Tədbirin təşkilatçısı «Iteca Caspian» şirkətindən verilən məlumata görə, sərgidə 38 ölkədən 300-ə yaxın şirkətin iştirakı gözlənilir. «AITF 2014»də milli və regional ekspozisiyalardan ibarət olan 24 stend nümayiş olunacaq. Stendlər Fransa, İtaliya, Malayziya, Çernoqoriya, Macarıstan, İndoneziya, Gürcüstan, Mərakeş, Argentina, Türkiyə, Sloveniya, Yunanıstan, Misir, Çin, Tailand və s. tərəfindən təqdim ediləcək. Sərgidə Azərbaycanın 22 regionundan 60-dan çox hotel və istirahət mərkəzi də iştirak edəcək. Builki sərginin özəlliklərindən biri də «Xaricdə daşınmaz əmlak» və «Tibbi turizm» adlı yeni sektorların nümayiş olunmasıdır. Həmin bölmələrdə Türkiyə, Almaniya, İsveçrə, İsrail, Rusiya, Litva, Yunanıstan və Kiprdən şirkətlər, aparıcı klinikalar təmsil olunacaqlar. Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin daimi iştirakçısı və ötən sərgilərdə tərəfdaşı olan Bolqarıstan bu dəfə qeydiyyat prosesinin sponsoru qismində iştirak edəcək.
Sərgidə ilk dəfə iştirak edən Argentina, Dominikan Respublikası, İtaliya, Çin və Keniya isə ziyarətçilər üçün yay mövsümünün yeniliyi ola bilər. Argentina və Dominikan Respublikası öz milli stendləri ilə debüt edirlər.
Qeyd edək ki, 2001-ci ildən keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi («AITF») Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə gerçəkləşir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Azərbaycanda karantin rejimini pozan 900-ə yaxın şəxs cərimələnib
06.06.2020
Hansı ölkələrdə daha çox çörək yeyilir?
06.06.2020
ÜST maskaların istifadəsinə dair təlimatını yeniləyib
06.06.2020
Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - VİDEO
06.06.2020
Həftəsonu yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə almalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info