Lənkəranlılar soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər
Tarix: 31.03.2014 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Martın 31-də Lənkəran şəhərinin mərkəzində əsaslı şəkildə yenidən qurulmuş soyqırımı abidəsi önündə anım mərasimi keçirilib.
Rayonun rəhbər işçiləri, pedaqoji kollektivlər, hərbi hissələrin əsgərləri və ictimaiyyətin təmsilçiləri abidənin önünə əklillər və gül dəstələri düzərək soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
Mərasimdə qeyd olunub ki, 1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli səhifələrindən biridir. Erməni daşnakları üç gün ərzində təkcə Bakıda 12 min azərbaycanlının həyatına son qoymuş, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirib, qiymətli tarixi abidələri məhv ediblər. Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda, Kürdəmirdə və digər bölgələrdə də bu cür faciələr törədilib. 1918-1920-ci illərdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 150-dək kənd xarabazara çevrilib, 50 mindən çox soydaşımız qətlə yetirilib.
Ermənilərin 200 ildən artıq bir dövrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi etnik təmizləmə və soyqırımı Lənkəran rayonundan da yan ötməyib. Mərasimdə bu barədə də danışılıb və diqqətə çatdırılıb ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər bolşeviklərin köməyi ilə Lənkəran qəzasında 40 kəndi yandırıb, 2 mindən çox günahsız insanı qətlə yetirmiş, Sütəmurdov, Girdəni, Gərmətük, Mamusta, Şıxəkəran, Vilvan, Xolmili, Kərgəlan və Osakücə kəndlərində kütləvi qırğınlar və talanlar törədiblər.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətlərə hüquqi və siyasi qiymətin verildiyini vurğulayıb, eləcə də soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimizin başçısının fəaliyyətini yüksək qiymətləndiriblər.
Mərasimdə soyqırımı qurbanlarının ruhuna dualar oxunub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Azərbaycanda karantin rejimini pozan 900-ə yaxın şəxs cərimələnib
06.06.2020
Hansı ölkələrdə daha çox çörək yeyilir?
06.06.2020
ÜST maskaların istifadəsinə dair təlimatını yeniləyib
06.06.2020
Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - VİDEO
06.06.2020
Həftəsonu yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə almalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info