Dünyanın turizm təmsilçiləri Bakıya toplaşır
Tarix: 31.03.2014 | Saat: 22:35:00 | E-mail | Çapa göndər


Aprelin 3-dən 5-dək paytaxtımız növbəti beynəlxalq turizm tədbirinə ev sahibliyi edəcək.
Bu il 13-cü dəfə təşkil olunan Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi («AITF 2014») “Bakı Expo” mərkəzində baş tutacaq. Tədbirin təşkilatçısı «Iteca Caspian» şirkətindən verilən məlumata görə, sərgidə 38 ölkədən 300-ə yaxın şirkətin iştirakı gözlənilir. «AITF 2014»də milli və regional ekspozisiyalardan ibarət olan 24 stend nümayiş olunacaq. Stendlər Fransa, İtaliya, Malayziya, Çernoqoriya, Macarıstan, İndoneziya, Gürcüstan, Mərakeş, Argentina, Türkiyə, Sloveniya, Yunanıstan, Misir, Çin, Tailand və s. tərəfindən təqdim ediləcək. Sərgidə Azərbaycanın 22 regionundan 60-dan çox hotel və istirahət mərkəzi də iştirak edəcək. Builki sərginin özəlliklərindən biri də «Xaricdə daşınmaz əmlak» və «Tibbi turizm» adlı yeni sektorların nümayiş olunmasıdır. Həmin bölmələrdə Türkiyə, Almaniya, İsveçrə, İsrail, Rusiya, Litva, Yunanıstan və Kiprdən şirkətlər, aparıcı klinikalar təmsil olunacaqlar. Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin daimi iştirakçısı və ötən sərgilərdə tərəfdaşı olan Bolqarıstan bu dəfə qeydiyyat prosesinin sponsoru qismində iştirak edəcək. Sərgidə ilk dəfə iştirak edən Argentina, Dominikan Respublikası, İtaliya, Çin və Keniya isə ziyarətçilər üçün yay mövsümünün yeniliyi ola bilər. Argentina və Dominikan Respublikası öz milli stendləri ilə debüt edirlər. Qeyd edək ki, 2001-ci ildən keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi («AITF») Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə gerçəkləşir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Gedir dayanmadan zamanın köçü”
13.11.2018
İsa Həbibbəyli: “Dövlətçilik ideyalarının folklorda yaşadılması Cümhuriyyət üçün mənəvi əsas formalaşdırıb”
12.11.2018
El aşıq və şairlərinin irsi toplanmalıdır
12.11.2018
Özbəkistanda Hüseyn Cavidə həsr olunmuş beynəlxalq konfrans keçirilib
12.11.2018
O, ELƏ BİR İSİM Kİ...

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info