Soyqırım– tarixin dəhşətli və bağışlanılmaz həqiqətləri
Tarix: 01.04.2014 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində 31 Mart Azərbaycanlıların soyqırım gününə həsr olunmuş elmi konfrans keçirildi.Konfransda giriş sözü ilə çıxış edən universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmovqeyd etdi ki, ermənilərin XIX əsrin sonlarından etibarən Azərbaycan xalqına və onun dövlətçiliyinə qarşı yürütdüklərisoyqırım və deportasiya siyasəti, 1905-07, 1918-20, 1946-48-ci illərdə törədilən, eləcə də ötən əsrin 80-ci illərindən etibarən Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldimişqanlı cinayətlər unudulmamalı, tədqiq olunmalı, dünya ictimaiyyətinə çatdırılmalıdır. “Qeyrət” nəşriyyatının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Məmmədov “Heydər Əliyev və Azərbaycanda soyqırım tarixinə ümumdövlət münasibəti” mövzulu məruzəsində bildirdi ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra ermənilərin azərbaycanlılara qarşı dəfələrlə törətdiklərisoyqırım aktına tarixi, siyasi və hüquqi qiymət verilməyə başlamış, «Azərbaycanlıların soyqırım haqqında» 1998-ci il 26 mart tarixli fərman, digər mühüm qərarlar imzalanmışdır. Bu gün Azərbaycan həqiqətlərinin dünya dövlətləri və ictimaiyyəti tərəfindən qəbul edilməsi istiqamətində Prezident İlham Əliyev uğurlu siyasət yürütməkdədir. Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynov “1918-1920-ci illərdə Naxçıvanda ermənilərin azərbaycanlılara qarşı soyqırımı” məruzəsində vurğuladı ki, 1918-ci ilin iyul-avqust aylarında Naxçıvanda Osmanlı qoşunları iləAndranikin silahı dəstələri arasında şıddətli döyüşlər getmişdir.1918-21-ci illərdə Naxçıvan bölgəsində ermənilər tərəfindən 73.727 nəfər azərbaycnlıqətlə yetirilmiş,Andranikin qoşunları Naxçıvnda 15 kəndi viran qoymuşdur. Lakin yerli öüzünümüdafiə dəstələri və türk əsgərləri erməni işğalçılarına qarşı əzmkarlıq və mətanətlə mübarizə aparmış, 1918-ci ilin noyabrında Naxçıvanda Araz-Türk Respublikası öz müstəqilliyini elan edərək regionun ərarzitoxunulmazlığı istiqamətində fəaliyyət göstərmişdir. Soyqırım hadisəsi ilə bağlı real tarixi faktlar isə Azərbaycan müstəqillik əldə etdikdən sonra, ümummilli liderin siyasi uzaqgörənliyi ilə dünya ictimaiyyətinəçatdırılmışdır. “Ümumi tarix” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayev “XX əsrin sonlarında ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti” məruzəsində məlumat verdi ki, 1918-20-ci illərdə Azərbaycanda 250 min, Qərbi Azərbaycanda 132 min nəfər erməni vandalları tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə, əksər xristian dövlətlərinin havadarlığı ilə həyata keçirilmişdir. İki milyona yaxın azərbaycanlı ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım siyasətinin qurbanı olmuşdur. Konfransda soyqırımdan bəhs edən sənədli film nümayiş olundu.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Azərbaycanda karantin rejimini pozan 900-ə yaxın şəxs cərimələnib
06.06.2020
Hansı ölkələrdə daha çox çörək yeyilir?
06.06.2020
ÜST maskaların istifadəsinə dair təlimatını yeniləyib
06.06.2020
Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - VİDEO
06.06.2020
Həftəsonu yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə almalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info