Ümidsiz gənclərə qayğı aşılayan layihə
Tarix: 03.04.2014 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən IV qrant müsabiqəsi çərçivəsində Aidə İmamova tərəfindən fərdi qazanılmış “Ümüdsiz gənclərin könüllüsü olaq! ” layihəsinin tədbiri Gəncliyə Yardım Fondunda baş tutub.
Tədbirdə iştirak edən Azərbaycan Prezidenti yanında Gənclər Fondunun müşahidə şurasının üzvü Nurəddin Mehdiyev, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, ”Jurnalist Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə,”Türkiyə Universitetləri Məzunları “İctimai Birliyinin sədri Çingiz Bayramov və digərləri çıxış edərək təbriklərini bildiriblər. Həmçinin dövlətimizin, eləcə də prezident İlham Eliyevin əlillərə, kimsəsizlərə, qocalara, qaçqınlara və məcburi köçkünlərə olan diqqət ve qayğısından söz açılıb. Tədbirdə digər QHT rəhbərləri,ziyalılar və gənclər iştirak ediblər. Layihənin əsas məqsədi əlillərə, kimsəsizlərə, qocalara, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi, insanpərvərliyin və dözümlülüyün təbliği ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmaq və bu sahədə təcrubənin inkişaf etdirilməsidir.Layihə çərçivəsində təhsil alan şagird və gənclərdən ibarət könüllü qruplar təşkil olunacaq və əlil, kimsəsiz uşaq evlərinə ziyarət təşkil olunacaq.
Tədbirdə iştirak etmiş gənclərə köynək, papaq və bukletlər paylanılıb. Tədbirin sonunda gənclər diplomlarla təltif ediliblər və layihə ilə bağlı video çarx nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - VİDEO
06.06.2020
Həftəsonu yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə almalıdırlar
05.06.2020
Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı
04.06.2020
Koronavirusdan ölənlərin dəfni necə keçirilir? - VİDEO
04.06.2020
Bakı metrosu həftə sonu işləməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
3 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
4 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
5 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info