“Gənc kinematoqraf - kinoda kadr hazırlığına dəstək” layihəsi başa çatıb
Tarix: 03.04.2014 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzində həyata keçirilən “Gənc kinematoqraf - kinoda kadr hazırlığına dəstək” layihəsi başa çatıb.
Mərkəzin rəhbəri Fehruz Şamıyevin verdiyi məlumata görə, layihə çərçivəsində kino və televiziya prodüseri ixtisası üzrə iki aylıq ödənişsiz kurslar təşkil olunub: “Kinematoqrafiyamızın inkişafı naminə bu zamana kimi Gənclər Fondu tərəfindən belə bir layihə həyata keçirilməmişdi. Layihənin məqsədi kino və televiziya sahəsində Azərbaycanda ən acınacaqlı istiqamət hesab olunan kino və televiziya prodüserlərinin yetişdirilməsi idi. Kurslarda iştirak edən 20 gənc beynəlxalq proqram əsasında təhsil alıb. Bu dərslərdə ideya, ssenari sifarişi, film üçün maliyyə axtarışı, rejissor seçimində əsas müddəalar, aktyor seçimi zamanı nələrə diqqət yetirilməli olduğu, kino bazarının öyrənilməsi, filmin reklamı və s. məsələlər ətraflı izah olunub". F.Şamıyev əlavə edib ki, dərslərdə tanınmış ssenarist-yazıçı İlqar Fəhmi, Kukla Teatrının baş rejissoru Qurban Məsimov, tarixi-sənədli filmlərin müəllifi Füzuli Sabiroğlu, “Azərbaycantelefilm”in rejissoru Elşən Zeynallı dəyərli məsləhətlərini gənclərlə bölüşüblər.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Afaq Məsudun kitabı gürcü dilində nəşr olunub
19.04.2019
“Əlvida, Şmidt!” bədii filmi təqdim edilib
19.04.2019
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
19.04.2019
Akademik Musiqili Teatr “Formula 1” həftəsində xüsusi repertuarla çıxış edəcək
19.04.2019
Aprel döyüşlərinə həsr edilən “Ovçu“ romanı özbək dilində

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info