“Gənc sahibkarlar məktəbi”
Tarix: 04.04.2014 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi IV qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi Məmmədov Bəxtiyar Adil oğlu fondun dəstəyi ilə “Gənc sahibkarlar məktəbi” layihəsini həyata keçirib. Layihənin keçirilməsində əsas məqsəd gənclərin gələcək sahibkar olması istiqamətində onların biznes və idarəçilik bacarıqlarının artırilmasıdır. Layihə rəhbəri Bəxtiyar Məmmədov deyib: ”Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramında 6.4. bəndində nəzərdə tutulmuş Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi layihənin əsasını təşkil edib. Layihə Bakı şəhərində 1 ay müddətində keçirilib. Ümumilikdə 6 təlim keçirilmişdir və benefisiarların ümumi sayı 100 nəfər olub. Bütün gənclərə formal və qeyri formal vasitəsilə təlim bacarıqları və idarəetmə təcrübələri təklif olunub. Bu təlimlərin mövzularına daxildir: biznesin planlaşdırılması, marketinq, biznesin idarəedilməsi, idarəetmə təlimləri və s.
Bu gün son təlimimizi keçirdik və ümidvaram ki, bu layihə Azərbaycan cəmiyyətində gənc sahibkarlığına dəstək olmaq üçün onların biznes və idarəçilik bacarıqlarının artırılmasına kömək edəcək. Bundan əlavə bu layihə böyük müəssisələr, şirkətlər ilə əlaqələrin qurulması vasitəsilə gənc sahibkarlığın inkişafı çərçivəsində xidmətlərin genişləndirməsinə və artmağına imkan verəcək”.


İlkin




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Azərbaycanda karantin rejimini pozan 900-ə yaxın şəxs cərimələnib
06.06.2020
Hansı ölkələrdə daha çox çörək yeyilir?
06.06.2020
ÜST maskaların istifadəsinə dair təlimatını yeniləyib
06.06.2020
Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - VİDEO
06.06.2020
Həftəsonu yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə almalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info