“Gənc xanımların uğur formulu”
Tarix: 04.04.2014 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


“World Business Centre”da Gənc xanımların uğur formulu adlı layihənin açılış mərasimi olub. Layihə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə elan etdiyi C kateqoriyası üzrə təşkil olunub. Layihə rəhbəri Arzu Bəbirova bu gün qadınların müxtəlif sahələrdə öz sözünü deyə bildiyini qeyd edib: “Bu gün Azərbaycanda qadınların ictimai sahədə öz potensiallarını artırması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər keçirilir. Dövlətimizin qayğısı sayəsində gender bərabərliyi qorunmaqdadır və qadınlar ictimai sahədə kişilərdən geri qalmır, eyni zamanda bu sahədə fəal iştirak edirlər”. Açılış mərasimində çıxış edən Ok Maqazin jurnalının baş redaktoru Zəhra Bədəlbəyli bildirib ki, uğur formulunun əsasını inam hissi təşkil edir. O qeyd edib ki, insan özü və ətrafındakıları ona inandıqda bütün çətinliklər asanlaşmağa doğru gedir.
Daha sonra teleaparıcı Nərgiz Cəlilova, bəstəkar Ülviyyə Bəbirli Vəliyeva və AİESEC-in prezidenti Məryəm Məcidova öz uğur formulları haqqında danışıblar.
Qeyd edək ki, layihə 4-5 aprel tarixlərini əhatə edəcək. Əsas məqsəd cəmiyyətdə gənc istedadlı xanımları aşkar etmək, gənc xanımlarda ictimai sferaya maraq oyatmaq və onları bu sahə ilə yaxından tanış etməkdir. Layihə çərçivəsində ölkəmizdə uğur qazanmış xanımlar öz təcrübələrini iştirakçılarla bölüşəcək və töhfələrini verəcəklər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Azərbaycanda karantin rejimini pozan 900-ə yaxın şəxs cərimələnib
06.06.2020
Hansı ölkələrdə daha çox çörək yeyilir?
06.06.2020
ÜST maskaların istifadəsinə dair təlimatını yeniləyib
06.06.2020
Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - VİDEO
06.06.2020
Həftəsonu yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə almalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info