CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı)
Tarix: 07.04.2014 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


CAREC ölkələri regional əməkdaşlığın birgə planını hazırlayacaqlar
ölkələrinin gömrük xidmətləri Bakıda regional əməkdaşlığın birgə planını müzakirə edəcəklər. Bu barədə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) texniki zabiti Samson Bilanqa Bakıda CAREC proqramı çərçivəsində Gömrük əməkdaşlığı komitəsinin texniki dəstək üzrə ilk seminarının açılışında deyib.
Onun sözlərinə görə, aprelin 9-dək davam edəcək seminar çərçivəsində gömrük mütəxəssisləri Kioto konvensiyasında nəzərdə tutulmuş işlər çərçivəsində gömrük prosedurlarının əlaqələndirilməsi və harmonizasiyası məsələlərini, risklərin idarə olunması sistemlərini müzakirə edəcəklər. Bilanqa onu da qeyd edib ki, bu seminarın keçirilməsi ÜGT-nin müxtəlif prosedurlarını daha yaxşı mənimsəməyə imkan verir. Çünki bir çox ölkələr bu təşkilatın bütün alətlərini hələ tam tətbiq etməyiblər.
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin sözlərinə görə, gömrük orqanlarının işinin səmərəliliyi üçün qanunvericilik bazasını təkmilləşdirmək, maddi-texniki bazanı möhkəmləndirmək, əməkdaşların peşə hazırlıqlarının səviyyəsini artırmaq vacibdir.
Onun sözlərinə görə, seminarın keçirilməsi gömrük nəzarətinin təkmilləşdirilməsi, risklərin idarə olunması və gömrük idarəetməsində informasiya texnologiyalarından istifadə mövzularını əhatə edən üçüncü bəndin reallaşdırılmasına istiqamətlənib.
Seminar DGK-nın, Yaponiya hökumətinin və Asiya İnkişaf Bankının (AİB) Gömrüyün dəstəklənməsi Fondunun dəstəyi ilə keçirilir.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşinin sözlərinə görə, Yaponiya Mərkəzi Asiya və Qafqaz regionuna xüsusi diqqət ayırır və hesab edir ki, bu region böyük iqtisadi potensiala malikdir.
Onun sözlərinə görə, nəqliyyat sahəsi, ticarətin dəstəklənməsi regionda gömrük prosedurlarının harmonizasiyası vacibdir və Yaponiya hökuməti bu sahədə yardım göstərməkdə davam edəcək.
Seminarın açılışında iştirak edən AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyono CAREC proqramı, eləcə də seminarın məqsədləri haqqında danışıb.
Qeyd edək ki, Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) Azərbaycan, Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Özbəkistan, Tacikistan və Türkmənistanı əhatə edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Azərbaycanda karantin rejimini pozan 900-ə yaxın şəxs cərimələnib
06.06.2020
Hansı ölkələrdə daha çox çörək yeyilir?
06.06.2020
ÜST maskaların istifadəsinə dair təlimatını yeniləyib
06.06.2020
Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - VİDEO
06.06.2020
Həftəsonu yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə almalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info