Gənclər “Tarixinə sahib ol” dedilər
Tarix: 08.04.2014 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Gənclər Fondunun dəstəyi ilə Nuriyyə Hüseynovanın rəhbəri olduğu "Tarixinə sahib ol" adlı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində Nizami rayon Kamil Əliyev adına 61 saylı tam orta məktəbdə keçirilən görüşdə layihənin rəhbəri Nuriyyə Hüseynova tədbiri giriş sözü ilə açaraq, əvvəlcə layihəyə dəstək olduqları üçün Gənclər Fonduna təşəkkürünü bildirdi. O, daha sonra layihənin əhəmiyyətindən danışdı. Məktəbin direktoru Zemfira Şıxəliyeva isə layihənin məhz onların məktəblərində keçirilməsindən məmnunluğunu ifadə etdi: “Bu tipli layihələrin orta məktəblərdə keçirilməsi çox təqdirəlayiqdir. Düşünürəm ki, bu təlim müddətində şagirdlərimiz tariximizə dair yeni- yeni məlumatlar alacaq və bu onların yaddaşında dərin iz buraxacaq, onların vətənpərvərlik ruhunda böyüməsinə yardım göstərəcəkdir". Layihənin tərəfdaş təşkilatı olan "Yeni Həyat" Humanitar və Sosial Dayaq İB-nin sədri Nailə İsmayılova da çıxış edərək qeyd etdi ki, adı çəkilən layihənin mövzusu və məqsədi bu gun hər bir vətəndaşımızı düşündürməlidir: “Bu istiqamətdə əlimizdən gələni etməliyik ki, həqiqətən də gələcəyimiz olan gənclərimiz bilməlidir ki, 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan, eyni zamanda 20%-dən çox torpağı düşmən tapdağı altında qalmış bir ölkənin vətəndaşıyıq və bu tarixi unutmamalıyıq! İnanırıq ki, ən qısa zamanda mənfur düşmənin üzərində zəfər çalaraq o torpaqlarımızı geri alacayıq. Təbii ki, Ali Baş komandanımız İlham Əliyev başda olmaqla, çiçəklənən Azərbaycanımızın ərazi bütövlüyünü yenidən bərpa edəcəyik. Həqiqətən biz tarximizə sahib olaraq öz müstəqilliyimizi qoruyub saxlamalıyıq". Layihədə təlimçi kimi iştirak edən ixtisasca tarixçi olan gənc yazar Qurbanəli Ömər tariximizə sahib olmağa bu gün hər zamankındən daha çox ehtiyac olduğunu vurğuladı: “Bu gün Qarabağ problemi kimi bir problemlə eyni zamanda dünyanın hər bir yerində erməni lobbisinin fitnə-fəsadlarına qarşı mübarizə apardığımız bir dövrdə bizim tariximizə sahib çıxmağa hər zamankindən daha çox ehtiyacımız var. Bildiyiniz kimi dünyada milyonlarla insan oxumaqdan, yazmaqdan, təhsildən uzaq qalıb. Əziz şagirdlər, gəlin dövlətimizin verdiyi bu gözəl imkanlardan istifadə edərək yaxşı təhsil alın və bu günümüz və gələcəyimiz olan tariximizə sahib olun” Sonra o, təlimin proqramına uyğun olaraq “Dövlətçilik tarixi” adlı ilk mövzunun təliminə başladı və 3 minillik bir dövrün qısa, lakin mükəmməl şəkildə şərhini verdi.
Sonda iştirakçılar layihəyə dair videosujeti izlədilər və birlikdə xatirə fotoları çəkdirdilər. Xatırladaq ki, təlimlər davam edir və təlim müddətində tarixi məkanlara ekskursiyalar da təşkil olunacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - VİDEO
06.06.2020
Həftəsonu yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə almalıdırlar
05.06.2020
Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı
04.06.2020
Koronavirusdan ölənlərin dəfni necə keçirilir? - VİDEO
04.06.2020
Bakı metrosu həftə sonu işləməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
3 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
4 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
5 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info