200-dən çox mehmanxanaya xəbərdarlıq edildi
Tarix: 08.04.2014 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Mədəniyyət və Turizm Nazirliyi ötən il lisenziya müddəti bitmiş və lisenziyası olmayan 205 mehmanxana və mehmanxana tipli obyekt rəhbərinə lisenziyanın alınmasının vacibliyi ilə bağlı xəbərdarlıq məktubu göndərib.
Nazirlikdən verilən məlumata görə, 2013-cü il ərzində 74 hüquqi və fiziki şəxs tərəfindən təqdim edilmiş sənədlərə baxılıb və onlara mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.
Hazırda respublika ərazisində 258 hüquqi və fiziki şəxs Mədəniyyət və Turizm Nazirliyindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alaraq fəaliyyət göstərir.
Nazirlik ötən il "İSR Azeri Apart and Business Centre" Məhdud Məsuliyyətli Cəmiyyətinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə verilmiş lisenziyanın fəaliyyəti ləğv edib. "Səyahət-A" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "Qəçrəş" Açıq Səhmdar Cəmiyyətinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə verilmiş lisenziyaların fəaliyyəti dayandırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Azərbaycanda karantin rejimini pozan 900-ə yaxın şəxs cərimələnib
06.06.2020
Hansı ölkələrdə daha çox çörək yeyilir?
06.06.2020
ÜST maskaların istifadəsinə dair təlimatını yeniləyib
06.06.2020
Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - VİDEO
06.06.2020
Həftəsonu yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə almalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info