“Parlaq zəka” intellekt şousunun qaydalarında yeniliklər edilib
Tarix: 09.04.2014 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Hər bazar günü Azərbaycan Televiziyasının efirində saat 11:00-da yayımlanan “Parlaq zəka” intellekt şousu üçüncü çəkiliş mövsümünə hazırlaşır.
Üçüncü mövsümün verilişlərində maraqlı mövzulara toxunulacaqdır. İddiaçılar “XX əsrin qadın siyasətçiləri”, “ABŞ prezidentləri”, “Şahmat və şahmatçılar”, “Avstraliya”, “Koroğlu eposu”, “Dünya müharibələrində Azərbaycan”, “Hacıbəyovlar”, “Hüseyn Cavid” mövzularında öz biliklərini sınayacaqlar.
İntellektual yarışmanın mətbuat xidmətindən bildiriblər ki, bu mövsümdə yarışın qaydalarında bir neçə yenilik edilib. Yeniliklərdən biri tribunada əyləşən iddiaçıların suallara cavab vermə prosesi ilə bağlıdır. Əvvəlki mövsümlərdə zəka meydanında cavabı tapılmayan sualları tribunalarda əyləşən və ən tez əlini qaldıran iddiaçılar cavablandırırdı. Kimin cavablandırmasına isə zəka məclisinin məsul katibi qərar verirdi.
Final mərhələsində bu prosesin daha da obyektiv olmasına qərar verilmişdir və dörddəbir final oyunlarından etibarən studiyaya xüsusi pultlarla idarə olunan sistem quraşdırılıb. Beləliklə, hər bir iddiaçının öz pultu olacaqdır və sual səsləndiyi anda sistem aktivləşəcək. Zəka meydanında olan iştirakçı sualı cavablandıra bilmədikdə isə ekranda düyməni sıxan iştirakçıların adları göstəriləcək və həmin iddiaçı sualı cavablandırmaq hüququ əldə etmiş olacaq.
Digər bir yenilik isə orden və medallarla bağlıdır. İddiaçılar zəka meydanında və xülasə mərhələsində səslənən suallara doğru cavab verməklə orden və medal qazanırdılar. Qaydalara əsasən, iki medal bir ordenlə əvəz olunurdu. Növbəti verilişlərdə isə artıq beş medal bir qızıl ordenlə əvəz ediləcək. Orden və medal sayı ilə fərqlənən iddiaçıların şans oyunlarına çıxma imkanı digərlərinə nisbətən üstün olacaq.
Yeni mövsümün seçimlərinə mayda başlanılması nəzərdə tutulub.
Oyunun əsas hədiyyələri kimi qaliblərin magistr pilləsində pulsuz təhsil almaları üçün xaricə göndərilməsi nəzərdə tutulur. Birinci yerin sahibi 5 illik qüvvəsi olan 40 min manat dəyərində təhsil vauçeri alacaq. İkinci və üçüncü yerlərə müvafiq olaraq 30 min və 20 min manatlıq vauçerlərin verilməsi nəzərdə tutulub.
Çəkilişlər Şəmkir şəhərindəki “Zəka” İntellektual Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən pavilyonda aparılır.
Layihənin rəhbəri Azərbaycan İntellektual Oyunlar Klubunun prezidenti Aydın Piriyevdir.
Verilişin “Facebook” sosial şəbəkəsində rəsmi səhifəsi fəaliyyət göstərməkdədir. Layihə ilə bağlı bütün maraqlı məlumatları, şəkilləri, elanları və xəbərləri www.facebook.com/parlaq zəka səhifəsindən əldə etmək mümkündür.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Təbrizdə ustad Şəhriyarın xatirəsi anılıb
18.09.2019
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019
Xalqının taleyini yaşayan dahi
18.09.2019
“Beryozka” ansamblı Bakıda konsert verəcək
18.09.2019
“Artım”da uşaqlar üçün ustad dərsləri keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info