Kamal Abdullayev dini icma rəhbərləri ilə görüşüb
Tarix: 09.04.2014 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudiləri Dini İcmasının sədri Gennadi Zelmanoviç və Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinatoru Vladimir Fekete ilə görüşüb.
Dövlət müşavirliyi xidmətindən verilən məlumata görə, Bakı şəhərindəki iki sinaqoqda və Müqəddəs Məryəm Ana katolik kilsəsində baş tutan görüşlər zamanı Dövlət müşaviri icmadaxili vəziyyətlə yaxından tanış olub, ölkədə dövlət-din münasibətləri və etnik-dini durum barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu gün, haqlı olaraq, bütün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan, tarixən müxtəlif xalqların və dinlərin mehriban dostluq və qardaşlıq münasibətləri şəraitində yaşadığı və fəaliyyət göstərdiyi nadir məkandır. Dövlət müşaviri sivilizasiyalararası və mədəniyyətlərarası dialoq sahəsində, eyni zamanda, cəmiyyətdə etnik-mədəni müxtəlifliyin, multikultural ənənələrin qorunub saxlanmasında Azərbaycanın zəngin təcrübəyə malik olduğunu vurğulayıb. Kamal Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə həyata keçirdiyi çoxşaxəli dövləti fəaliyyəti barədə danışıb. O, dövlət başçısının himayəsi ilə son illər ənənəvi olaraq Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq və Beynəlxalq Humanitar forumların xalqlar və dinlər arasında sülhün, qarşılıqlı etimadın və mədəni-mənəvi əməkdaşlığın yaradılması işində əhəmiyyətindən bəhs edib.
Dini icma rəhbərləri Azərbaycanda etiqad və vicdan azadlığının beynəlxalq normalara uyğun təmin olunduğunu bildirib, dindarlar üçün yaradılmış hüquqi-mənəvi şəraitə, mövcud ictimai-siyasi sabitliyə görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə səmimi minnətdarlıq hisslərini ifadə ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Əflatun Amaşov QDİƏT PM-in komitəsinin iclasında çıxış edib
18.09.2019
Leyla Əliyeva “Bizim həyət“ layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib
18.09.2019
Masallıda gənc müəllimlərlə görüş
18.09.2019
Diaspor rəhbəri qalib monteneqrolu məktəbliyə diplomunu təqdim edib
18.09.2019
DMX Nepal və Hindistan vətəndaşlarının saxlanılmasına dair məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info