Şəmsəddin Böyükdüzlünün sərgisi açılır
Tarix: 09.04.2014 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində 10 aprel 2014-cü il saat 12:00-da həvəskar rəssam Şəmsəddin Böyükdüzlünün fərdi sərgisi keçiriləcək.
Şəmsəddin Böyükdüzlü 1987-ci ildən sənətlə ciddi-cəhdlə məşğul olmağa başlayıb. 1990-93-cü illərdə Qarabağ hadisələri ilə əlaqədar olaraq Ağdərə, Kəlbəcərdə döyüş bölgələrində olub. O, bu gün də öz əsərlərində bu kimi mövzulara yer ayırmaqdadır. Rəssamın doğulub boya-başa çatdığı Naxçıvan haqqında olan əsərləri yaradıcılığında xüsusi yer tutmaqdadır. Onun bu bölgəyə həsr etdiyi “Batabat gölü”, “Ayı cığırı”, “İlanlı dağ” və s. rəngkarlıq əsərləri sərgidə nümaiş olunacaq.
Şəmsəddin Böyükdüzlünün əsərlərində mənzərə janrı əsas yer tutur. O, “Kəlbəcər haqqında”, “Fırtına və ölüm”, “Rəssamın xəyalları”, “Kainat”, “Nur yolu”, “Cənnət və kainat”, “Şeytan və qadın”, “Tərk edilmiş”, “Nakam sevgi”, “Günahkar” və s. əsərlərin müəllifidir. Xatırladaq ki, bu Şəmsəddin Böyükdüzlünün ilk fərdi sərgisidir. Ümumilikdə, sərgidə 50-ə yaxın yağlı boya ilə işlənilmiş rəsm əsəri nümaiş olunur. Sərgidə həmçinin əsərlərin satışı da həyata keçiriləcək.
Sərginin rəsmi açılış mərasimi 10 aprel 2014-cü il tarixində saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) keçirilir. Sərgi bir həftə davam edəcək

Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bakıda “Qız qalası. Qadın olmaq” adlı sərgi açılıb
18.09.2019
Təbrizdə ustad Şəhriyarın xatirəsi anılıb
18.09.2019
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019
Xalqının taleyini yaşayan dahi
18.09.2019
“Beryozka” ansamblı Bakıda konsert verəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info