Sarayevoda türk sənətləri ilə bağlı konfrans keçirilib
Tarix: 09.04.2014 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


6-8 aprel 2014-cü il tarixdə Bosniya və Hersoqovina Respublikasının paytaxtı Sarayevo şəhərində MİRAS- Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi (Türkiyə) və Beynəlxalq Sarayevo Universitetinin (Bosniya və Hersoqovina) təşkilatçılığı ilə II Beynəlxalq Türk Sənətləri, Tarixi və Folkloru Konfransı keçirilib. Konfransda Türkiyə, Azərbaycan, Bosniya və Hersoqovina, Makedoniya, İranın müxtəlif elmi müəssisələrini təmsil edən 50-dən çox elm adamı maraqlı məruzələrlə çıxış edib. Bu haqda MİRAS-dan qəzetimizə məlumat verilib.
Konfransı giriş sözü ilə Təşkilat komitəsinin rəhbəri Ahmet Aytaç açıb. Beynəlxalq Sarayevo Universitetinin rektoru, professor Yücel Oğurlu iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzulayıb. Təşkilat Komitəsinin həmsədrləri Dr. Fariz Xəlilli (Azərbaycan), Dos. Dr. Osman Kunduracı (Türkiyə) və Dos. Dr. Muhiddin Mulaliç (Bosniya və Hersoqovina) öz çıxışlarında konfransın hazırlanması və yüksək elmi-təşkilati səviyyədə keçirilməsi ilə bağlı məsələlər üzərində dayanıblar.
AMEA-nın müxbir üzvü, tanınmış memar Cəfər Qiyasi "Memarbaşı Əcəm Əli Ağanın yaradıcılığı haqqında", AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Qafar Cəbiyev və Azərbaycan Müəllimlər İnstitutunun prorektoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Orta əsr Ağsu şəhəri və ətrafında Türk-İslam abidələri (Xanəgah, türbə və qəbirlər)", Azərbaycan İqtisad Universitetinin professoru Abbas Seyidov "Qədim türk mənəviyyatına bir baxış", İçəri şəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin şöbə müdiri, professor Kamil İbrahimov "Bakıdan aşkar olunmuş dulus məmulatı üzərindəki insan, heyvan, quş təsvirləri və onların toxuculuq sənəti ilə əlaqəsi", İçəri şəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi, professor Vəfa Quliyeva "Məhəmməd məscidi", AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyeva "Azərbaycanda qədim türk izləri arxeoloji və epiqrafik abidələrdə", MİRAS İctimai Birliyinin sədr müavini Arzu Soltan "Füzulinin mənsur əsərləri", AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı Elmira Abasova "Folklor qaynaqlarında təbiət kultlarının bədii tərənnümü" mövzularında məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfransda Türkiyənin Selcuk Universiteti, Kocaeli Universiteti, Van Yüzüncü Yıl Universiteti, Uşak Universiteti, Celal Bayar Universiteti, Erzurum Atatürk Universiteti, Topqapı Sarayı Muzeyi və digər elm ocaqlarını təmsil edən alimlərin məruzələri böyük marağa səbəb olub.
Professor Qafar Cəbiyevin sədrliyi ilə keçirilən yekun iclasda universitetin rektoru, professor Yücel Oğurlu, professor Özer Kanburoğlu, dosent Yaşar Erdemir, dosent Osman Kunduraçı, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və Ahmet Aytaç çıxış edərək konfransla bağlı təəssüratlarını bildiriblər.
Konfransın gedişi ərzində Beynəlxalq Sarayevo Universitetinin foyesində "Türk əl sənətləri sərgisi" və konfransa təqdim olunmuş posterlər nümayiş olunub. Azərbaycandan da qatılmış elm adamlarının posterləri yer alıb.
Professor Qafar Cəbiyev Səlcuq Universitetinin ənənəvi olaraq hər il təqdim olunan "Bilime, Sanata Katkı Ödülü" ilə mükafatlandırılıb. Konfrans təşkilatçıları bir-birinə qarşılıqlı olaraq plaketlər və hədiyyələr təqdim ediblər.
Konfransın son günü iştirakçılar Bosniya və Hersoqovinanın tarixi və görməli yerləri ilə tanış olublar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Masallıda gənc müəllimlərlə görüş
18.09.2019
Diaspor rəhbəri qalib monteneqrolu məktəbliyə diplomunu təqdim edib
18.09.2019
DMX Nepal və Hindistan vətəndaşlarının saxlanılmasına dair məlumat yayıb
18.09.2019
Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik
17.09.2019
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazovdan yeni təyinat
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info