Smartfon istifadəçilərinin 52 faizi hər gün xəbər oxuyur
Tarix: 09.04.2014 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


HTC-nin tədqiqatına əsasən, Smartfon vasitəsilə hər bir istifadəçi dünya xəbərlərinə sürətli və asan giriş əldə edir
İnnovasiya texnologiyaları və mobil cihazların dizaynı sahəsində dünya lideri olan HTC şirkətinin apardığı yeni beynəlxalq tədqiqat cəmiyyətin informasiya inkişafı dövrünün artıq yaxınlaşdığını göstərib. İKT Informasiya Mərkəzindən verilən məlumata görə, sorğu on min Avstraliya, Fransa, Almaniya, Rusiya, Sinqapur, Tayvan, Böyük Britaniya və ABŞ sakinləri arasında aparılıb.
Tədqiqata əsasən insanların yarısından çoxu (52%) hər gün xəbər yeniliklərini izləyir. Daha qısa xəbərlərə olan daim tələbat ümumi görüş dairəsinin genişlənməsinə dəstək göstərir.
Sorğuda iştirak etmiş on min respondentin 42%-i etiraf etdilər ki, onlar xəbərləri səhər-səhər yuxudan ayıldıqdan bir saat ərzində oxuyur; üçdə bir hissəsi isə (38%) əksinə xəbərləri yatmazdan bir saat əvvəl oxuyur.
Respondentlərin 63%-i etiraf edir ki, onlar beynəlxalq xəbərləri hamıdan birinci öyrənmək istəyir.
Sorğuda iştirak edənlərin 65%-i razılaşır ki, onlar çoxsaylı məlumat mənbələrinə giriş sayəsində xəbərlər haqqında hərtərəfli təsvirə malikdirlər.
Respondentlərin 72%-i hesab edir ki, hazırda onlar dünyada baş verənlər haqqında daha çox məlumatlıdırlar. Xəbərlərə giriş daha asan və sadə olub.
Xəbərlərə daha sürətli giriş məlumatların onlayn şəkildə yayılma faizini olduqca azaltmışdır. Yalnız hər səkkizinci istifadəçi (13%) xəbərləri sosial şəbəkələrdə bölüşür və yalnız 14% onları “layk” edir. İnsanlar tez-tez sosial şəbəkələrdə səhiyyə haqqında məlumatlarla (9%) və ya şou-biznesə aid materiallarla (4%) müqayisədə daha az əlçatan hesab edilən lokal xəbərləri oxuyur (30%). İstifadəçilərin fikrinə görə bu cür kontentləri daha rahat şəkildə tapmaq olur.
Kontent mənbələrinin seçilməsi və məlumatlı olmaq tələbatı arasındakı şərti əlaqə artıq bu gün gələcəkdə insanları maraqlandıra biləcək mövzulara öz təsirini göstərir. Xəbərlər daha sosial və fərdi maraqlara istiqamətlənən olacaqlar. Bu cür məlumat digər kontentlə birgə təqdim ediləcək – hava haqqında məlumat, təqvimdən xəbərdarlıqlar və ya sosial şəbəkələrdə statusun yenilənməsi. HTC BlinkFeed funksiyası, FacebookPaper tətbiqetmələrinin və digər proqramların məşhurluğu yeni xəbərlər haqqında daim məlumatlı olmaq istəyi ilə birlikdə daim artacaq.
"Rəqəmli informasiya mənbələrinin sayının sürətlə artmasına cavan olaraq biz HTC-şirkətində innovasiyalı HTCBlinkFeed həllini işləyib hazırladıq. İstifadəçilərin dünya xəbərlərini və eyni zamanda sosial şəbəkələrdə olan məlumat axınlarını izləyə bilmələrini istədik. Eyni zamanda hər şey sürətli və intuitiv baxımdan aydın olmalı idi", deyə HTC-nin kontent və servis üzrə direktoru İv Le Jan qeyd etdi.


Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Prezident: “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik”
20.09.2019
Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib
20.09.2019
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeodan
20.09.2019
Türkiyә prezidenti sabah ABŞ-a sәfәr edәcәk
20.09.2019
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info