Azərbaycana kiberhücumların daha çox hansı ölkələrdən edildiyi açıqlandı
Tarix: 09.04.2014 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Kiberhücumlar son zamanlar bütün dünya ölkələrində çox ciddi narahatlıq doğurur. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında qeyd edib ki, bu hücumların sayı ildən-ilə artır, coğrafiyası genişlənir. Bunun qarşısını almaq üçün Azərbaycanda da tədbirlər görüldüyünü deyən E.Vəlizadə bildirib ki, ilk növbədə təşkilatı addımlar atılıb: “Azərbaycanda dövlət şəbəkəsinin qorunması üçün xüsusi dövlət agentliyi yaradılıb. Eyni zamanda cəmiyyətin, biznes qurumların, fərdi şəxslərin internet təhlükəsizliyinin təmin edilməsi üçün bizim nazirliyin yanında Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda informasiya təhlükəsizliyinə ciddi diqqət yetirilir. İlk növbədə bu istiqamətdə maarifləndirmə vacib əhəmiyyətə malikdir ki, hər bir şəxs düzgün istifadə qaydalarını öyrənsin, internetdən düzgün istifadə etsin, eyni zamanda hər hansı bir hadisə baş verdikdə, müvafiq qurumlara məlumat versinlər”.
Kiberhücumların daha çox hansı ölkələrdən daxil olmasına gəlincə, nazir müavini qeyd edib ki, coğrafiya çox genişdir. Onun sözlərinə görə, statistika göstərir ki, internetin geniş yayıldığı ölkələrdən və yaxud həmin ölkələrə aid olan hansısa İP ünvanlardan Azərbaycana müxtəlif hücumlar edilir: “Bunların sırasında bir qədər qəribə görünsə də, ABŞ-dan başlamış Rusiya, Çin kimi ölkələri də saymaq olar. Bunun da səbəbi bu ölkələrdə internetin çox geniş şəkildə yayılması ilə bağlıdır. Ermənistandan da periodik olaraq kiberhücumlar olur. Ancaq yenə də bunların hamısı diqqət mərkəzində saxlanılır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Prezident: “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik”
20.09.2019
Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib
20.09.2019
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeodan
20.09.2019
Türkiyә prezidenti sabah ABŞ-a sәfәr edәcәk
20.09.2019
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info