Norveçdəki modelyerimizin Bakıda sərgisi keçiriləcək
Tarix: 09.04.2014 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Norveçdə yaşayan azərbaycanlı modelyer Şervin Nəcəfpurun yeni yaz foto çəkilişləri olub. Norveç Top Model finalçısı Rachananın sima olaraq seçildiyi çəkilişlər fotoqraf Pınar Tuncer tərəfindən İstanbulda həyata keçirilib. Tanıtım videosu isə “A man film” şirkəti tərəfindən çəkilib.
Ş. Nəcəfpur layihə haqqında eksklüziv olaraq “Palitra”ya bunları söylədi: "Mənim üçün dünyanın qəlbi İstanbulda döyünür. Çünki bu gözəl şəhər bütün millətlərə və dinlərə qucaq açır. Bizim çəkilişlər “Sultan Əhmət” məscidi ətrafında və “Galata” qülləsində aparıldı. “Sultan Əhmət” də çəkim vaxtı bir an hər tərəfə azanın səsi yayıldı. O zaman sayğı əlaməti olaraq çəkimlərə ara verdik. Biz çay bağçasına keçdik və orada gözəl azanın səsini dinləyərkən bir an çay ilə şəkil çəkdirmək ağlımıza gəldi. Bizim mədəniyyətimizin əsas içmə simvollarından biri olan çay, çəkimlərimizə mədəni zənginlik qatdı. Həmin şəkillər dünyaca məşhur plastik cərrahiyyə klinikası “Estetik İnternational” ın yeni kampaniyası oldu".
Nəzərə çatdıraq ki, Ş. Nəcəfpur hazırda Bakı üçün hazırlaşır. “Addım” Yaradıcı Gənclər Assosiasiyası Şervin xanımın Bakıda ilk moda sərgisini hazırlayır. Sentyabr ayında 22 yaşlı modelyerin Bakıda Payız-Qış 2014-2015 kolleksiyası təqdim olacaq. Şervin xanımın dediyinə görə, uzun zamandır belə bir layihə haqqında düşünürmüş: “Səmimi dostumdan belə bir təklif aldıqdan sonra layihəyə start verdilər. Bakıda möhtəşəm bir şou təşkil olunacaq. 6 ildən sonra təkrar Bakıya gəlməyi səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, kolleksiya Azərbaycanda yaxşı qarşılanacaq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Bakıda Beynəlxalq Sülh Günü ilə bağlı kitab sərgisi təşkil olunub
21.09.2019
Budapeştdə Macarıstan-Türkiyə Gülbaba Festivalı açılıb
21.09.2019
Azərbaycanın dəstəyi ilə Dərbənddə xalçaçılıq muzeyi yaradılacaq
20.09.2019
“Şirinlər” növbəti dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsinə çıxacaq
19.09.2019
Azərbaycanlı rəssamın Neapol uğuru

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info