“Artıq Azərbaycanda elektron demokratiya formalaşıb”
Tarix: 09.04.2014 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının növbəti plenar iclasında “İnternetə çıxış hüququ” adlı hesabat ətrafında müzakirələr aparılıb. Müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova Azərbaycanda internetdən istifadəyə heç bir məhdudiyyətin qoyulmadığını bildirib: “Son 10 ildə Azərbaycanda internet resursları sürətli inkişaf yolu keçib və ölkəmizdə internetə çıxışa və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmur. Azərbaycan hakimiyyəti internetin əhali arasında daha geniş yayılmasında maraqlıdır və vətəndaşların internetdən daha rahat istifadəsi üçün konseptual dövlət siyasəti həyata keçirir. Hətta ucqar kəndlərin genişzolaqlı internetlə təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülür. Buna görədir ki, Azərbaycanda internet istifadəçilərinin sayı 65%-i ötüb, ölkə postsovet məkanında 3G, 4G tətbiq edən ilk dövlətlər sırasındadır. Əhali arasında həmçinin mobil telefonlarla internetə qoşulmaq da böyük populyarlıq qazanıb. Artıq Azərbaycanda elektron demokratiya formalaşıb və onun bilavasitə təminatçısı ölkə prezidenti İlham Əliyevdir. Ölkədə “Elektron hökumət”in qurulması, “ASAN xidmət”in yaradılması və sürətlə genişləndirilməsi, dövlət qurumlarının və məmurların sosial şəbəkələrdə fəallığının artırılması, onların vaxtaşırı prezidentin “Facebook” səhifəsi vasitəsilə vətəndaşların suallarını cavablandırması və aparılan digər işlər bu iradənin bariz göstəriciləridir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Fuad getdi, sən də get, Əli Kərimli!
21.09.2019
Hacıqabulda pambıq yığımına başlanılıb
21.09.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var
21.09.2019
Özbəkistanda parlament seçkilərinə start verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info