“Ukraynanın qaza görə təkcə mart üçün Rusiyaya borcu 550 milyon dollardan çoxdur”
Tarix: 09.04.2014 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Ukrayna özünün yeraltı saxlancında olan Rusiya qazını tükədib. Bu barədə Nazirlər Kabinetinin iclası ərəfəsində mədən sənayesi və energetika naziri Yuri Prodan bildirib. O qeyd edib: “Biz bu günə qazı artıq vurmuruq. Bizim müvafiq qazvurmanı reallaşdırmaq üçün hələ vaxtımız var”. Qeyd edək ki, bu barədə Ukrayna KİV-i məlumat verir. Nazir bundan başqa onu da bildirib ki, Ukrayna tərəfini qazın indiki qiymət səviyyəsi qane etmir. Bu tarif isə aprfelin 1-dən “Qazprom” tərəfindən müəyyən edilib. Buna görə də Ukrayna tərəfi Rusiya ilə danışıqlar aparır ki, köhnə qiyməti bərpa etməyə nail olsun.
Prodan qeyd edib ki, Ukrayna tərəfinin mart ayı üçün qaz verilməsinə görə borcu 550 milyon dollardan çoxdur.
Qeyd edək ki, Kiyev Rusiya qaz monopilisti “Qazprom”la qazın hər min kubmetrinin 268,5 dollardan hesablanması ilə bağlı razılaşmağa çalışır. Xatırladaq ki, aprelin 3-də “Qazprom” sədri Rusiya Federasiyası hökumət başçısı ilə görüşdə bildirib ki, RF hökuməti Ukrayna ilə Qara dəniz donanması barədə razılaşmanın birtərəfli denansasiyası ilə bağlı olaraq Ukrayna üçün qazın imtiyazlı gömrük qiymətini 100 dollardan 485 dollara qaldırıb. Ukrayna hökuməti isə bildirib ki, bu qiyməti qəbul etmir. Aprelin 9-da isə Rusiya prezidenti Vladimir Putin ödəmə olmadığına görə Ukraynaya qazın nəqlinin məhdudlaşdırılması məsələsi ilə bağlı hökumət üzvləri üçün toplantı keçirəcək. İstisna deyil ki, toplantıda Rusiya qazının Ukraynaya nəqlinin dayandırılması məsələsi qaldırılacaq.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Rusiyada beşmərtəbəli binada partlayışı baş verib, yaralılar var
20.09.2020
Ermənistanda koronavirusa yoluxanların sayı 47 431 nəfərə çatıb
19.09.2020
Putin Federasiya Şurasını toplayır
19.09.2020
Döyüşə erməni axçiləri gedir...
18.09.2020
Belarus sərhədlərini bağlayır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info