“Hər bir şəxs İKT-dən istifadə etməyi bacarmalıdır”
Tarix: 09.04.2014 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi ilə “Hackathon Azerbaijan” layihəsi çərçivəsində keçirilən “Capture The Flag” müsabiqəsinin qalibləri açıqlanıb. Müsabiqəyə nazirliyin nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi, Yüksək Texnologiyalar Parkı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, R.I.S.K və “Delta Telecom” şirkətləri də dəstək verib.
Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, müsabiqənin məqsədi Azərbaycanda informasiya təhlükəsizliyi sahəsini inkişaf etdirmək, bu sahədə kadr potensialının artırılmasıdır. Onun sözlərinə görə, informasiya təhlükəsizliyi mövzusunda keçirilən budəfəki yarışmada ümumilikdə 100-ə yaxın komanda iştirak edib: “Yarış iştirakçıları proqramlaşdırma sahəsi, web təhlükəsizlik, şəbəkə təhlükəsizliyi, kriptoqrafiya və s. ilə bağlı bilik və təcrübələrini sınaqdan keçiriblər. 5 komanda rəqiblərindən fərqlənərək qaliblər siyahısına düşməyə haqq qazanıb. Cəmiyyətdə İKT o dərəcə geniş yayılıb ki, hər bir şəxs bu texnologiyalardan istifadə etməyi bacarmalıdır. Bu müsabiqələrin də keçirilməsi gənclərin İKT-yə marağının artırılmasına, malik olduqları biliklərin bir qədər də yüksəldilməsinə, onların İKT sahəsində əldə etdikləri bilikləri komanda şəklində tətbiq etməyi öyrənməsinə xidmət edir”.
Müsabiqə qaliblərinin adı açıqlanıb. Müsabiqədə birinci yeri “APA Holdinq”in İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) Departamentinin əməkdaşları qazanıb. Departamentin direktoru Arif Şəmistanlı, proqramçılar Ramal Həcətəliyev və Emil Quliyevdən ibarət komanda müsabiqənin qalibi olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Məhkəmələrə ayrılan xidməti avtomobillərin say həddi artırılıb - QƏRAR
18.09.2020
Radikal müxalifət Tofiq Yaqublunun ölməsini istəyirdi - Azərbaycan dövləti bir daha humanizm nümayiş etdirdi - RƏY
18.09.2020
Penitensiar Xidmət: Məhkəmə Tofiq Yaqublu barəsində humanistlik göstərərək həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib
18.09.2020
Tofiq Yaqublu xəstəxanadan evə buraxıldı
18.09.2020
Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
2 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
3 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
4 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
5 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info