Vergi hüquqpozmalarına qarşı mübarizə tədbirləri gücləndirilir
Tarix: 09.04.2014 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


2014-cü ilin 1-ci rübü ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq faktları üzrə cəmi 146 sayda cinayət işi başlanıb. Nazirliyin analitik-informasiya şöbəsindən “Palitra”ya verilən məlumata görə,
həmin cinayət işlərindən 29-u vergi ödəməkdən yayınma faktları, 6-sı qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma faktları, 2-si səyyar vergi yoxlamalarının nəticələrinə dair materiallar üzrə qanunsuz sahibkarlıq faktları, 108-i vergi borcunun ödənilməməsi barədə vergi orqanlarından daxil olmuş materiallar üzrə vergi ödəməkdən yayınma faktları ilə, 1-i isə digər hüquq-mühafizə orqanlarından daxil olan materiallar üzrə qanunsuz sahibkarlıq faktı ilə bağlı başlanıb.
Hesabat dövründə Departamentin İstintaq idarəsində 66 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. 2 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
2014-cü ilin 1-ci rübü ərzində departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 2209,1 min manat dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 297,4 min manat çoxdur.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilib 4 nəfər şəxs tutularaq Departamentin İstintaq şöbəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 157 şəxsin məcburi qaydada gətirilməsi, 31 şəxsin tapılaraq istintaqa gəlmələri, 47 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən cəmi 87 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info