“Real“ və “Çelsi“ yarımfinalda
Tarix: 09.04.2014 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


Çempionlar Liqasının 1/4 finalının cavab oyunları keçirilib. İlk oyun günündə iki qarşılaşma baş tutub. "Çelsi" öz meydanında Fransanın PSJ klubunu qəbul edib. İlk görüşdə səfərdə PSJ-yə 1:3 hesabı ilə uduzan London təmsilçisi həmin məğlubiyyətin əvəzini çıxa bilib. Rəqibini 2:0 hesabı ilə məğlub edən Joze Mourinyonun komandası yarımfinala
yüksəlib.

Günün digər qarşılaşması isə Dortmundda keçirilib. Burada yerli "Borussiya" klubu Madrid "Real"ı ilə qarşılaşıb. Madrid təmsilçisi ilk görüşdə 3:0 hesabı ilə qələbə qazandığından bu oyuna bir qədər rahat çıxdığını demək olardı. Elə matçın ilk dəqiqələrindən dortmundlular üstünlüyü ələ alıb, Marko Reusun 25 və 37-ci dəqiqlərdə vuduğu qollarla hesabda önə keçib. Lakin "Borussiya"nın bundan artığına gücü çatmayıb və görüş 2:0 hesabi ila başa çatıb. Bu nəticə isə "Real"ı növbəti mərhələyə yüksəldib. Matçın 17-ci dəqiqəsində "Borussiya"nın qapısına təyin edilən penalti zərbəsini Di Maria dəyərləndirə bilməyib. Onun zərbəsini qapıçı Vaydenfeller zərərsizləşdirib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Nelson Semedu bu kluba keçir
21.09.2020
“Barselona“ Suareslə razılığa gələ bilmir
21.09.2020
“Barselona”nın futbolçusu PAOK-da
21.09.2020
“Real“ heç-heçə ilə başladı
20.09.2020
“Barselona“ mövsümə kubokla başladı -VIDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info