“Çox qorxduğumuz bir oyun oldu”
Tarix: 09.04.2014 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


"Borussiya"nın baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 finalında "Real"a 2:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra maraqlı fikirləri ilə diqqət çəkib. İlk matçda 0:3 hesabı ilə məğlub olduqları üçün mübarizəni dayandıran Dortmund təmsilçisinin çalışdırıcısı futbolçularının çıxışından razıdır.
Klopp deyib ki, bu görüşün videoyazısını ilk qarşılaşmada məğlub olan komandalar cavab matçı öncəsi mütləq izləməlidir: "Futbolçularım növbəti mərhələyə yüksəlməyimiz üçün çox çalışdılar. Ancaq Madriddə böyük hesabla uduzduğumuzdan bunu bacarmadıq. Üstün tərəf biz idik və daha çox qol vura bilərdik. Möhtəşəm oyun nümayiş etdirdik. Buna görə də futbolçulardan kimisə günahlandıra bilmərəm". "Real"ın baş məşqçisi Karlo Ançelotti məğlub olduqları matçda çox qorxduqlarını etiraf edib. İlk oyunda 3:0 hesabı ilə qalib gəldikləri üçün növbəti mərhələyə yüksələn Madrid klubunun çalışdırıcısı deyib ki, cavab qarşılaşmasında turnirdə mübarizəni dayandırmağa yaxın olublar: "Çox qorxduğumuz bir oyun oldu. Bizim üçün bu qarşılaşma çətin keçdi. Birinci hissədə səhvlər etdik, ancaq ikinci hissədə daha yaxşı oynadıq. Yarımfinala yüksəldiyimiz üçün sevinirəm". İtaliyalı çalışdırıcı komandanın aparıcı futbolçusu Kriştiano Ronaldonu oynatmamasının səbəblərindən də bəhs edib: "O, zədəli olduğu üçün risk etmək istəmədim. Yarımfinalda Ronaldo mütləq oynayacaq".




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Real-da Zidanı əvəzləməyə 3 namizəd
20.09.2019
Barcelona daha bir ilki reallaşdıracaq
20.09.2019
Almaniya millisində qapıçı qalmaqalı
20.09.2019
Avropa Liqası: “Qarabağ”- “Sevilya“ oyunu başa çatıb
19.09.2019
Hacı Əliyevin qırmızı vərəqəsi ləğv edildi - Yenilənir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info