“Sənətə yeni nəfəs lazımdır”
Tarix: 09.04.2014 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Samir Əliyev: “Biz elə bir dövlətə sahibik ki, ondan istifadə edərək, Avropanı da, Amerikanı da təəccübləndirə
bilərik”

Müsahibimiz Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, bəstəkar Samir Əliyevdir:
- Samir müəllim, öncə bu gün yaradıcılığınızdakı işlər haqqında məlumat almaq istəyirik.
- Mən sizə 2011-ci ildən bu günə qədər olan işlərim haqqında danışacağam. 2011-ci ilin dekabr ayında Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 20 illik yubileyinə həsr olunan konsertdə mənim 2 fortepiano üçün yazdığım poema Respublika müsabiqələr laureatı Müşfiq Quliyev və Aslan Aslanov tərəfindən səsləndi. 2012-ci ilin fevral ayında Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Respublikanın Xalq artisti Teymur Göyçayevin rəhbərliyi tərəfindən dahi bəstəkar Dmitri Şostakoviçə ithaf etdiyim “Etiraf” əsərim səsləndi. Həmin əsər 2012-ci ilin dekabr ayında Bəstəkarlar İttifaqının qurultayında bir daha səsləndi. 2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan konsertdə mənim Heydər Əliyev və xanımı Zərifə Əliyevaya ithaf etdiyim violonçel və kamera orkestri üçün “Elegiya” əsərim uğurla səsləndi. Solist Azərbaycanın Əməkdar müəllimi Kamal Paşazadə idi. Bu il üçün isə heç bir planım yoxdur. Çünki plan qurmağı sevmirəm. Sadəcə sənətimlə məşğulam.
-Professional bir bəstəkar kimi gənc bəstəkarların yaradıcılığı haqqında sizin fikirləriniz necədir?
- Mənim fikrimcə, gənclərə həmişə yol vermək lazımdır. Çünki “mənəm-mənəm” deməklə, sənət inkişaf edə bilməz. Sənətə yeni nəfəs lazımdır. Bu mövzuda söhbət edərkən, mən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin adını mütləq qeyd etməliyəm. Çünki Firəngiz xanım bir nömrəli vəzifəsini ona istiqamətləndirib ki, yaşından asılı olmayaraq hər kəsə öz istedadını göstərməyə şərait yaratsın.

“Mənəm-mənəm” deməklə, sənət inkişaf edə bilməz”

Onlar öz sənətlərində eksperiment aparmalı, yeni üslublarda yazmağa çalışmalıdır. Bu subyektiv fikirdir. Kimi bunu qəbul edir, kimi etmir. Ona görə də heç bir gəncin önünə sərhəd çəkmək olmaz. Gənclər gərək inkişaf edib, özlərini göstərsin.
-Cövdət Hacıyev məktəbinin sonuncu siniflərindənsiniz. Bəs, siz hər hansı bir gənci gələcəkdə Cövdət Hacıyev məktəbinin davamçısı olaraq görürsünüzmü?
- Allah, Cövdət Hacıyevə rəhmət eləsin! Bəli, mən onun sonuncu tələbəsiyəm və onu deyə bilərəm ki, mən Cövdət Hacıyevdən bəstəkarlıq dərsləri almadım. Mən ondan həyat dərsləri aldım. Onu da demək istəyirəm ki, valideynlərimlə bərabər, Cövdət Hacıyevin də mənəvi ata kimi mənə həyatda çox köməyi olub. Onun məsləhətlərini indi də yada salıram. Sənətə gəldikdə isə, bəli, hər bir məktəbin davamı var. Bu gün Cövdət Hacıyev məktəbi davam edir və edəcək. Biz bir neçə addım irəli gedəndə dönüb geriyə də baxmalıyıq ki, haradan gəlirik. Çünki hər tələbənin müəllimi, o müəllimin də müəllimi var. Belə baxanda mən də özümü Dmitri Şestokoviçin mənəvi nəvəsi kimi hiss edirəm. Mən çox şadam ki, belə bir məktəb keçdim.
- Musiqi janrlarına müraciət etdiyiniz zaman hansı üslublara daha çox üstünlük verirsiniz?
- Biz Azərbaycan bəstəkarlarının bir üslubu olmalıdır. Biz Azərbaycan xalq sənətindən, xalq musiqisindən, muğamlarından ömrümüzün sonuna qədər istifadə etsək, yenə də tükənməyəcək. Samir Əliyev bilinməlidir. Əgər azərbaycanlı bəstəkarın əsəri səslənirsə, o harada olursa-olsun bilinməlidir. Məsələn, Qara Qarayevin, Fikrət Əmirovun əsəri harada səslənirsə səslənsin, öz dəst-xətləri bilinir. Mən, müəllimlərimdən Üzeyir bəyin bir sözünü eşitmişəm. O, deyib: “Siz Avropanı onlar kimi yazaraq, təəccübləndirə bilməyəcəksiniz. Siz elə bir əsər yaratmalısınız ki, onlar təəccüblənsinlər”. Amma onu da deməliyəm ki, inkişafdan geri qalmaq olmaz. Biz elə bir dövlətə sahibik ki, ondan istifadə edərək, Avropanı da, Amerikanı da təəccübləndirə bilərik.
- Musiqişünasların bəstəkarlıq sənətinə müraciəti və yeni tədqiqatların aparılması sizi qane edirmi?
- Bizim çox gözəl və savadlı musiqişünaslarımız var. Mən arzulayıram ki, musiqişünaslar korifey sənətkarlarımızın sənəti ilə yanaşı, həm də gənc bəstəkarların əsərlərini təhlil etsinlər.
- Sənətiniz haqqında olan fikirləriniz...
- Sənətimdən çox razıyam. Çünki bu sənət yaradıcı sənətdir. Ola bilər ki, bəstəkar bir neçə ay çalışmasın və o təəssüratlarla üç günə bir əsər yaratsın. Bu o demək deyil ki, bu əsər üç günə yaranıb. Əsər üç günə yazılıb. Amma yaranma tarixi bir neçə aydır. Yenə də deyirəm ki, mən heç vaxt plan qurmuram. Allah necə məsləhət bilsə, elə də olacaq. Ancaq sənətlə məşğul olmaq lazımdır.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanın dəstəyi ilə Dərbənddə xalçaçılıq muzeyi yaradılacaq
20.09.2019
“Şirinlər” növbəti dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsinə çıxacaq
19.09.2019
Azərbaycanlı rəssamın Neapol uğuru
19.09.2019
Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert təşkil edilib
19.09.2019
“YARAT”da Rusiya istehsalı olan filmlər göstəriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info