Türkiyədə belə boşanma olmamışdı
Tarix: 09.04.2014 | Saat: 22:47:00 | E-mail | Çapa göndər


Türkiyənin tanınmış iş adamlarından biri, milyarder İrfan Keskin 29 il əvvəl evləndiyi Aydan Keskin ilə boşanır.
27 yaşlı övladları olan ərlə arvadın boşanmaları böyük qalmaqala çevrilib.
Milli.Az AHT-yə istinadən bildirir ki, İstanbul Ailə Məhkəməsinə boşanma ərizəsi ilə müraciət edən Aydan Keskinin yazdığına görə, əri İrfan Keskinin sənaye imperiyasının qurulmasında onun payı böyükdür.
"Atamın mənə cehiz qismində verdiyi pullar və əmlak sayəsində ərim öz biznesini qurdu, şirkətini indi məşhur bir brendə çevirdi. Ərim son vaxtlar evə sürəkli sərxoş gələrək dava saldığı üçün münasibətlərimiz pozuldu və boşanmağa qərar verdim. Üstəlik, mənə xəyanət edir, bunu aşkar söyləyir. Mənə: "Səndən başqa da qadınlarım oldu və var: 100 metr kənardan baxanda anlaşılır ki, səninlə aramda heç nə yoxdur", - dedi. Ərim evi tərk edib, oteldə yaşayır. Böyükağadakı villada şirkət əməkdaşları üçün ziyafət verəndə belə, mənə heç nə deməmiş, ora çağırmışdı", - ərizədə deyilir.
İrfan Keskin isə bildirib: "Arvadım maddi imkanlarından istifadə edərək imkan düşən kimi məni aşağılayır, təhqir edir, dava salır. Əslində mən onu boşayıram və mənəvi zərərə görə təzminat qismində 10 milyon lirə istəyirəm. Boşanandan sonra arvadımın mənim soyadımdan istifadə etməsinə də icazə vermirəm. Çünki bu qadın: "Məhkəmədə onun tumanını da alıb pərişan edəcəyəm", - deyib. O qadının məqsədi şirkətlərimi, varidatımı ələ keçirməkdir".
Aydan Keskin boşanmaq istədiyi ərindən 35 milyon lirə maddi, 20 milyon lirə mənəvi təzminat, ayda 50 min lirə aliment, habelə bütün bank hesablarını, "Salsa Cubana" yaxtasını, 7 avtomobili, 5 milyon avro dəyərində tablonu, 400 əntiq əsəri, İrfan Keskinin "Polikor Boya" şirkətinin səhmlərinin yarısını və Levent səmtindəki üçmərtəbəli villanı tələb edir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
İraqda avtobusun partlaması nəticəsində ölənlərin sayı 12-yə çatıb
20.09.2019
Rusiyada Azərbaycan vətəndaşları olan mikroavtobus qəzaya uğrayıb
19.09.2019
Belçikaya mәxsus qırıcı Fransada qәzaya uğrayıb
19.09.2019
Ukraynada körpünü partlatmaq istəyən şəxs saxlanılıb
19.09.2019
Əfqanıstanda güclü partlayış olub: 7 ölü, 85 yaralı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info