Eduard Lozanski: “ABŞ Krımda “dünya polisi” rolunu oynaya bilməz”
Tarix: 09.04.2014 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


“Foreign Policy”: “ABŞ-la münasibətlərin pisləşməsi Rusiyanı Çinə tərəf yönəldəcək”
Amerikalı ekspert Eduard Lozanski “Foreign Policy”ə bildirib ki, Vaşinqton təcili şəkildə Rusiya ilə münasibətlərindəki “real yükləmələri” nəzərdən keçirməlidir. Moskvadakı Amerika Universitetinin prezidenti olan Lozanskinin fikrincə, istənilən, hətta ən liberal və demokratik dövlətin xarici siyasəti belə bir ədəbsiz prinsipə əsaslanır - nə bizə sərf edirsə, o ədalətlidir, sərf etmirsə cəhənnəm olsun. Publisist Lozanski daha sonra yazır:
“Ukraynada baş verən faciəli hadisələr də bu prinsipdən kənar deyil. Amerikaya Rusiya ilə mübahisə etmək sərf edirmi? Mübahisənin əleyhinə olan çoxlu faktlar var - beynəlxalq terrorizm, nüvə silahının yayılmaması, Əfqanıstan, İran, Suriya, Şimali Koreya, narkoticarət, Arktikanın inkişafı, kosmik tədqiqatların davamı və qlobal istiləşmə. ABŞ-la münasibətlərin pisləşməsi Rusiyanı Çinə tərəf yönəldəcək. Ekspert Devid Endelmenin dediyi kimi, bu, Amerika prezidentlərinin son yarım əsr ərzində Moskva ilə Pekinin arasını vurmaq cəhdlərinin üstündən xətt çəkmək deməkdir.

“Sanksiyalarla Rusiyanı Krımdan çəkilməyə vadar etmək təkcə rusların dözümü haqqında deyil, eləcə də dünya iqtisadiyyatının strukturunu anlamamaq deməkdir. Rusiya biznesinin cavab tədbirləri Qərbə daha böyük zərbə olacaq”


Sanksiyalarla Rusiyanı Krımdan çəkilməyə vadar etmək təkcə rusların dözümü deyil, eləcə də dünya iqtisadiyyatının strukturunu anlamamaq deməkdir. Rusiya biznesinin cavab tədbirləri Qərbə daha böyük zərbə olacaq. Üstəlik sanksiyalar Kremli BRİKS ölkələri, Şanxay Əməkdaşlıq Təşkilatı və KTMT üzvü olan dövlətlərlə əməkdaşlığı daha da möhkəmləndirməyə, Avrasiya İttifaqı üzrə işləməyə vadar edəcək. Rusiyada vətənpərvərlik gurultusu müşahidə edilir, qərbyönümlü müxalifətin əhəmiyyəti isə sıfıra bərabərdir. Ukraynaya yardım etməyin yeganə yolu Avropa İttifaqı, BVF və Rusiyanın ümumi səyləri ilə təcili şəkildə maliyyə yardımı etməkdir. Ukrayna da Maydanı tərk etmiş silahlı quldur dəstələrini dağıtmalıdır. Əks halda azad seçkilər və iqtisadiyyatın xilası ilə bağlı söhbətlər mənasızdır. ABŞ Krımda “dünya polisi” rolunu oynaya bilməz. Region çox uzaqdır, həm də Vaşinqton üçün strateji əhəmiyyət kəsb etmir. Son on illiklər ərzində Qorbaçovdan tutmuş, Medvedev və Putinə qədər bütün rusiyalı liderlər Qərb təhlükəsizlik və iqtisadiyyat sisteminin vacib elementi olmaq istəyiblər. Amma Qərb Rusiyaya yoxsul qohum kimi baxıb. Vaşinqton zəifləmiş Rusiyanı geosiyasi küncə sıxmaq və bir daha həmin yerdən buraxmamaq siyasəti həyata keçirib. Nəticədə yeni “soyuq müharibə”nin başlaması ilə üz-üzəyik. Obama sanksiyalarla hədələməkdən vaz keçib, Putinlə “saxta yox, real yükləmələri” müzakirə etməlidir. Birləşmiş Ştatlar Rusiya ilə yeni, daha praqmatik, qarşılıqlı maraqlara əsaslanan münasibətlərə keçməlidir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
Mövlud Çavuşoğlu: Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq
22.09.2020
Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır - FAKTLAR
21.09.2020
Prezident İlham Əliyev: Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır
21.09.2020
Prezident: BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir
21.09.2020
Prezident İlham Əliyev: Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə ehtiyacı var

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info