“The Wall Street Journal”: “Moskva artıq Ermənistanı tam nəzarət altına alıb”
Tarix: 09.04.2014 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


Svante Kornell:<b> “Putin Cənubi Qafqazın strateji əhəmiyyətini qərbli layihəçilərdən daha yaxşı başa düşür”

“Ukrayna və Cənubi Qafqazı Qara dəniz ayırsa da onların siyasi taleyi çox oxşardır. O mənada ki, onların hamısı Moskvanın yeni planının mərkəzində yerləşirlər”. Bu fikirlər “The Wall Street Journal” nəşrində çap edilən məqalədə yer alıb. Məqalənin müəllifi Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornelldir.
Beynəlxalq məsələlər üzrə ekspert olan Kornell yazır ki, Amerikanın Krımın işğalı faktına verdiyi qiymət doğrudur: “Amma Vaşinqtonun Azərbaycan və Gürcüstandan keçən təhlükəsizlik dəhlizinə diqqət etməsi çox vacibdir. Nəzərə almaq lazımdır ki, bu ölkələr Əfqanıstandan geri tranzitdə həlledici rol oynamaqla yanaşı, Qərb üçün Avrasiyanın ürəyinə çıxışdır. Ukrayna ilə Cənubi Qafqazı Qara dəniz bir-birindən ayırsa da, onların siyasi taleyi çox oxşardır. Məsələ ondadır ki, onlar Kremlin Belarusdan Tacikistana qədər uzanacaq “yeni Avrasiya” planında mərkəzi yer tuturlar. Ukrayna olmadan real Avrasiya İttifaqı ola bilməz. Cənubi Qafqaz dəhlizi olmadan Rusiya Xəzər dənizi və Mərkəzi Asiyada nəzarəti bərpa edə bilməz. Amerika-Rusiya münasibətləri Ukraynaya görə çox pisləşib. Bunun nəticələri Ukrayna ilə məhdudlaşmayacaq. Putin Cənubi Qafqazın strateji əhəmiyyətini qərbli layihəçilərdən daha yaxşı başa düşür. Elə ona görə 2008-ci ildə Gürcüstana qarşı hərbi əməliyyatlar oldu. Həmin vaxt prezident olan Medvedev açıq şəkildə bildirdi ki, əməliyyatlar NATO-nun genişlənməsinin qarşısını almaq üçün idi. Son illərdə Rusiya ABŞ-la əməkdaşlıq edərək Əfqanıstandakı hərbçilərə Rusiya ərazisindən keçməklə yük daşınması üçün şimal şəbəkəsini açmışdı. Amma ABŞ ağıllı davranaraq elə etdi ki, bu şəbəkənin bir hissəsi Cənubi Qafqazdan keçdi. Moskva öz şəbəkəsini bağlamaqla təhdid edə bilər. O halda Pentaqonun iki variantı qalır-ya cənuba gedərək Pakistan, ya da qərbə gedərək Qafqaz variantından istifadə etmək. Başqa sözlə, əgər Moskva Cənubi Qafqaz çıxışını bağlasa, onda Vaşinqton tamamilə İslamabaddan asılı qalacaq. Moskva artıq Ermənistanı tam nəzarət altına alıb. İrəvan da Tiflis kimi Avropa İttifaqı assosiativ sazişi imzalamaq üçün danışıqlar aparırdı. Putin Ermənistanın gözünü elə qorxutdu ki, onlar Gömrük İttifaqına qoşulmağa razılıq verdilər. Rusiya Gürcüstanda rusiyayönümlüləri aktiv şəkildə investisiyalaşdırır. Azərbaycan və Gürcüstan liderləri Qərbin Krım böhranına reaksiyasından o qədər də mütəəssir olmadılar. Onları qərbyönümlü xarici siyasətlərindəki risklərin nə vaxt faydaya çevriləcəyi maraqlandırır. Moskvanın Ermənistanda hərbi bazası olduğundan Kreml hər an regionda vəziyyəti gərginləşdirə bilər. Gürcüstan Rusiya ilə rus hərbi bazaları arasında yerləşir. Tbilisinin yayda Avropa İttifaqı ilə əməkdaşlıq haqqında sazişi imzalamağa hazırlaşdığını nəzərə alsaq, Rusiyanın bu ölkəyə təzyiqlərinin artacağını proqnozlaşdırmaq olar. Moskva Ermənistandakı hərbi bazaları üçün Gürcüstandan keçən hərbi dəhliz tələb etsə, onda necə? Bir qədər dəyişkən və yoxlanılmamış Gürcüstan rəhbərliyinin Amerika dəstəyini hiss etməyəcəyi halda hansı mövqeyi tutacağı açıq qalır. Hadisələrin belə istiqamətdə inkişafının Amerika üçün ağır nəticələri ola bilər. Bu iki ölkədən biri Moskvaya təslim olsa, Moskva Əfqanıstandan geri tranzit marşrutuna nəzarəti ələ alacaq. Uzun müddətli perspektiv üçün isə bu variant Vaşinqton üçün Mərkəzi Asiyaya çıxışın itirilməsi deməkdir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Xəzərdə “Quba“ adlı yeni gəmi istismara veriləcək
18.09.2019
“Akıncı“ ilk uçuşunu oktyabr ayında reallaşdıracaq
18.09.2019
Hakim ştatlarının sayı 200 vahid artırılıb
18.09.2019
Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
18.09.2019
Azərbaycanın ən böyük elektrik enerjisi ixrac etdiyi ölkə Gürcüstandır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazovdan yeni təyinat
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info