Əfqanıstan: Amerikalılar qalır?
Tarix: 09.04.2014 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


Əfqanıstanda keçirilən prezident seçkilərinin ilk turundan sonra Amerika Birləşmiş Ştatlarının "strateji tərəfdaş"ları öndədir. Belə ki, Əfqanıstanda aprelin 5-də keçirilən prezident seçkilərinin ilk turunda təxminən 7 milyon ölkə vətəndaşı səs verib ki, bu da ölkədəki seçicilərin 58 faizini təşkil edir. "Taliban" liderləri seçki ərəfəsində seçki prosesini pozacaqlarını bildirsələr də, buna nail ola bilmədilər.
Bəlkə də, bu, onlara lazım idi. Qeyd edək ki, seçkinin ilkin nəticələrinin aprelin 24-də elan olunacağı gözlənilsə də, lakin artıq məlumdur ki, namizədlərin heç biri tələb olunan 50 faiz səsi toplaya bilməyib. Ona görə də, seçkinin ikinci turu mayın 28-ə təyin edilib. Seçkinin ikinci turunda əsas mübarizənin “böyük üçlük”dən iki nəfərin - keçmiş xarici işlər nazirləri olmuş Zalmay Rəsul və Abdulla Abdulla ilə eks-maliyyə naziri Əşraf Qani Əhmədzay arasında olacağı şübhə doğurmur. Bu üçlük prezident Həmid Kərzainin dövründə uzun müddət müxtəlif kabinetlərdə aparıcı vəzifələr tutmaqla yanaşı, ABŞ-la "strateji tərəfdaşlıq" müqaviləsinin tərəfdarları kimi tanınırlar. Bu da ABŞ-ın hərbi qüvvələrinin ölkədə qalmasına təminat verir. Doğrudur, ABŞ-ın 35 min nəfərlik qoşununun 10-11 minə qədər azaldılacağı deyilsə də, bu, ölkədə Amerika varlığının mahiyyətini davam etdirməsini dəyişmir.
"Əfqanıstan Milli Koalisiyası" müxalifət hərəkatının lideri Abdulla Abdulla ölkədə nüfuz sahiblərindən biridir. Onun namizədliyini ölkənin əsas siyasi partiyaları olan "Əfqanıstan İslam Cəmiyyəti", "Əfqanıstan İslam Partiyası" və başqaları dəstəkləyir. Milliyyətcə tacik olan Abdulla ölkədə çoxluq təşkil edən puştunlar tərəfindən sevilməsə də, 2009-cu ilin prezident seçkilərinə qatılaraq səslərin 30,6 faizini toplayaraq ikinci olmuşdu.
2004-2008-ci illərdə Kabil Universitetinə rəhbərlik etmiş politologiya və antropologiya sahəsində tanınmış alim Əşrəf Qani milliyyətcə puştundur. Amerika jurnalı "Forein policy" 2010 -cu ildə onu qlobal mütəfəkkir, ingilis jurnalı "Prospekti" isə dünya antropoloqları sırasında ikinci alim kimi təqdim etmişdi.
Vaxtilə Dünya Bankında və Şimali Amerikanın bir sıra institutlarındakı fəaliyyəti sayəsində, o, Vaşinqtonla sıx əlaqələr qurmağa nail olub. Yerli və xarici mətbuatda “Amerikanın sevimlisi” kimi təqdim edilən Qaninin qələbəsinin Qərbdə də böyük coşqu ilə qarşılanacağı etiraf edilir.
Lakin ilk baxışdan Qərbin istək və tələbləri namizədin əfqan elitasından uzaqlaşması kimi görünə bilər. Bununla belə, Qani Qərbin gözündə çox cəlbedici görünür. Qanini «texnokrat» kimi xarakterizə edən məşhur hind diplomatı Melkulangara Bhadrakumar onu «iqtisadi inkişaf sahəsində yaxşı ekspert» kimi təqdim etməklə yanaşı əlavə edir ki, «əgər düşmən qapıya dirənərsə, o, insanları ardınca barrikadalara çıxara bilmək iqtidarında olan bir şəxsdir».
Seçki marafonunun digər iştirakçısı tibb elmləri doktoru Zalmay Rasul milliyyətcə puştundur. O da rəqibləri kimi, ölkədə məsul vəzifə daşıyıcılarından biri olub. Tibb təhsilini Fransada alan Zalmay Rasul ayrı-ayrı vaxtlarda ölkənin aviasiya naziri, xarici işlər naziri, milli təhlükəsizlik müşaviri olub.
Ölkənin hazırkı prezidenti Hamid Karzai seçkilərdə namizədlərdən hansını dəstəklədiyini bildirməsə də, Zalmay Rasula qarşı rəğbəti müşahidə edilməkdədir. Əgər belə olmasaydı, prezidentin qardaşı Qayum Zalmay Rasula dəstək verərək öz namizədliyini geri götürməzdi.
Və ölkə üçün ən önəmli məsələ: ABŞ bölgəni tərk edəcəkmi? Vaşinqtonun son hərəkətləri deməyə əsas verir ki, Krımda baş verən hadisələrə rəğmən o, Kabilə «qəyyumluq etmək»dən əl çəkmək niyyətində deyil.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
02.12.2020
G20 sammiti 30-31 oktyabr 2021-ci il tarixlərində Romada keçiriləcək
02.12.2020
ABŞ-da 275 min insan koronadan öldü
01.12.2020
Co Bayden vә Antonio Quterreş arasında telefon danışığı olub
01.12.2020
Türkiyə hörmətə layiqdir, dəstəkləməliyik - Angela Merkel
01.12.2020
Rusiya-Türkiyə sazişi imzalandı: Monitorinq Mərkəzi qurulur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
2 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
3 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
4 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
5 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info