Sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahat aparılacaq
Tarix: 09.04.2014 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Xaçmazda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Prezidentin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 2014-cü il 3 mart tarixli fərmanından irəli gələn vəzifələr və aparılacaq islahatlar barədə sahibkarların məlumatlandırılması məqsədi ilə tədbir keçirilib.
Tədbirdə İqtisadiyyat və Sənaye, Ədliyyə nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin 200-dən çox sahibkar iştirak edib. Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Bütün bunların nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlib, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80 faizi ötüb. Vurğulanıb ki, Prezidentin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahənin inkişafına verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi fərmanda müəyyənləşdirilmiş tapşırıqların icrası ilə bağlı təkliflər paketini hazırlayaraq aidiyyəti dövlət qurumlarına təqdim edib. Fərmana uyğun olaraq aparılacaq islahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulub. "Özəl kredit büroları haqqında" və "Təminatlı əqdlər haqqında" yeni qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaq. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxışında son illər Xaçmazda sahibkarlıq fəaliyyətinin genişləndirildiyini, rayonda özəl bölmənin dinamik inkişaf etdiyini, dövlət dəstəyi ilə yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini bildirib. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov müvafiq fərmanın Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ən qabaqcıl təcrübə əsasında təkmilləşdirilməsi istiqamətində yol xəritəsi olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açdığını qeyd edib. Fərmana əsasən aidiyyəti dövlət qurumları ilə birlikdə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasının müəyyən edildiyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb. Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi Famil Baxışov Azərbaycanda sahibkarlığın inkişafına daim diqqət göstərildiyini, ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması və inzibati prosedurların sadələşdirilməsi ilə bağlı mütəmadi tədbirlər görüldüyünü diqqətə çatdırıb, "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın qeyri-neft sektorunun, sahibkarlığın sürətli inkişafını təmin edəcəyini vurğulayıb. Nazirliyin Strateji planlaşdırma şöbəsinin müdir müavini Rəşad Dayıyev isə "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat verib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi Gülnarə Məmmədova İqtisadiyyat və Sənaye Nazirliyi ilə təmsil etdiyi qurumun uğurlu əməkdaşlığından və həyata keçirilən birgə layihələrdən danışıb. Ədliyyə Nazirliyinin nümayəndəsi Ağakərim Səmədzadə sahibkarların hüquq və maraqlarının müdafiəsinə, Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Rüfət Oruclu sahibkarlardan hesabatların elektron qaydada qəbuluna dair məruzələrlə çıxış ediblər.
İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Baş Prokurorluq məlumat yayıb
21.09.2020
“News24hours”: Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq edib
21.09.2020
Səbail rayonunda yolların yenidən qurulmasına vəsait ayrılıb
21.09.2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
20.09.2020
Prezidentin “Facebook“ səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
3 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib
4 “Azərbaycan öz məmləkətimizdir“
5 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info