“Moskva Azərbaycanın Ukrayna ilə bağlı tutduğu mövqeyə normal yanaşır”
Tarix: 09.04.2014 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Vladimir Yevseyev: “Kreml Azərbaycanın BMT Baş Assambleyasında keçirilən səsvermədə hansı səbəbdən Rusiyanın əleyhinə səs verdiyini yaxşı başa düşür”
“Kreml Azərbaycanın BMT-nin Baş Assambleyasında Ukrayna ilə bağlı qətnamənin lehinə səsverməsini başa düşür və buna normal yanaşır. Azərbaycanın Ukrayna ilə bağlı tutduğu mövqe rəsmi Moskva tərəfindən anlaşılandır". Bunu Rusiya İctimai Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, hərbi-siyasi ekspert Vladimir Yevseyev deyib.
Ekspert güman edir ki, Azərbaycan tərəfi Ermənistanın Rusiyanın Krımla bağlı siyasətinə oxşar siyasət yeridəcəyini hesab edir: “Azərbaycanın bu gün Dağlıq Qarabağ kimi çox ağır problemi var. Rəsmi Bakı Ermənistanın Dağlıq Qarabağı, Rusiyanın Krımda etdiyi kimi, öz ərazisinə birləşdirmək yolunu seçəcəyini düşünür. Fikrimcə, bu amil Azərbaycanın BMT Baş Assambleyasında keçirilən səsvermədə Rusiyanın əleyhinə qərar verməsinə təsir edib. Hesab edirəm ki, rəsmi Bakının bu addımı Rusiya-Azərbaycan münasibətlərinə təsir göstərməyəcək. Çünki Kreml Azərbaycanın bu addımı hansı səbəbdən atdığını yaxşı başa düşür. Rəsmi Moskva yaxşı anlayır ki, BMT Baş Assambleyasında Ukrayna ilə bağlı tutduğu mövqeyə görə Azərbaycanla ikitərəfli strateji münasibətləri pozmağa dəyməz". Vladimir Yevseyev Krım ətrafında baş verənlərdən sonra Rusiya-Ukrayna münasibətlərinin necə inkişaf edəcəyini də şərh edib. Ekspertin fikrincə, Rusiya-ABŞ-AB-Ukrayna formatında danışıqların başlanması böhranın həllinə müsbət təsir edə bilər: “Rusiya-Ukrayna ikitərəfli danışıqları olsaydı, o zaman hər şey dalana dirənərdi. İndi isə Ukrayna dördlük formatında kifayət qədər Qərbdən asılı olmadan danışıqlara qoşulacaq. ABŞ və Rusiyanın ayrılıqda Ukrayna böhranının həlli üçün təkliflər paketi var. Bu dördlük formatında həmin təkliflərin müzakirəsi üçün əlverişli şərait yaranacaq. Problemi həlli yolu ən azından ölü nöqtədən tərpənəcək”. Ekspertin Krım probleminin artıq arxa plana keçdiyini də söyləyib: “Rusiya artıq Krımı öz ərazisinə qatıb. Düzdür, rəsmi Moskvanın Krımla bağlı problemləri hələ də qalır və çox güman ki, bundan sonra davam edəcək. Ancaq bu problemlər ciddi deyil, Rusiya bu problemlərin öhdəsindən gələcək. Hal-hazırda məsələ Krım deyil. Ən əsas məsələ Ukraynanın vahid dövlət kimi qorunub saxlanmasıdır. Hazırda Ukrayna üçün ən böyük təhlükə budur”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
İsveçrə portalında Gəncə şəhəri haqqında məqalə yerləşdirilib
18.09.2019
“Mitinqlər inkişaf etmiş cəmiyyətlər üçün xarakterik deyil”
18.09.2019
Özbəkistan və Tacikistan silahlı qüvvələrinin iştirak etdiyi “Mərkəz-2019” birgə hərbi təlimi
18.09.2019
Rusiya sərhədçiləri 160 nəfər Şimali Koreya vətəndaşını saxlayıblar
18.09.2019
Bakıda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info