7 alim AMEA-nın mükafatı ilə təltif olunub
Tarix: 09.04.2014 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 7 alim Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) görkəmli alim və mütəfəkkirlərin adına təsis edilmiş mükafatları ilə təltif olunub. AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, Rəyasət Heyəti alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa təşviq etmək, eləcə də Azərbaycanın bir sıra görkəmli alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirmək məqsədilə “Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatlarının təsis edilməsi haqqında” qərar qəbul edib.
Akademiyanın elmi bölmələri mükafatlara təqdim olunmaq üçün namizədlər irəli sürüb və bu məsələ AMEA mükafatları üzrə Ekspert Komissiyasında müzakirə olunub. Ekspert Komissiyasının namizədlər haqqında rəylərini nəzərə alan AMEA Rəyasət Heyəti bugünkü iclasında 7 alimin mükafatlandırılmasına dair qərar qəbul edib. Qərara əsasən, akademik Çingiz Qacar biratomlu spirtlərin və törəmələrinin trans və qoş konformerlərinin fırlanma spektrlərinin identifikasiya edilməsi sahəsindəki fundamental tədqiqatları və mühüm nailiyyətlərinə görə AMEA-nın Nəsirəddin Tusi adına mükafatı ilə, akademik Siddiqə Məmmədova Azərbaycanda bitkiçilik elmi sahəsində əldə etdiyi nailiyyətlərə görə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı ilə, akademik Ömər Eldarov Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına mükafatı ilə, akademik Cəlal Əliyev Azərbaycanda kənd təsərrüfatı bitkilərinin fiziki-kimyəvi biologiyası sahəsində fundamental tədqiqatları və əldə etdiyi nailiyyətlərinə görə AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına mükafatı ilə, akademik Məhərrəm Məmmədyarov xüsusi texnika üçün vacib olan sintetik yağların yaradılması və kimya sahəsində əldə etdiyi nailiyyətlərə görə AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatı ilə, AMEA-nın müxbir üzvü İradə Hüseynova kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və əldə etdiyi nailiyyətlərinə görə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı ilə, geologiya-mineralogoya elmləri doktoru, professor Fərid Dadaşov Azərbaycan geologiya elmi sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasındakı böyük xidmətlərinə görə AMEA-nın akademik Musa Əliyev adına mükafatı ilə təltif olunacaq. Alimlərə mükafatlar AMEA-nın aprelin 18-də keçiriləcək illik ümumi yığıncağında təqdim olunacaq.




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi
18.09.2020
Prezidentin köməkçisi sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər edib
18.09.2020
Azərbaycanda 117 nəfər koronavirusa yoluxdu, 135 nəfər sağaldı, 1 nəfər dünyasını dəyişdi
18.09.2020
Deputat və icra başçısı məktəb tikintisi ilə tanış olub
18.09.2020
Şəkidə koronavirusa kütləvi yoluxma olan bazar 3 günlük bağlandı - Operativ Qərargah

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info