“Türkiyə Dağlıq Qarabağ məsələsinə öz problemi kimi yanaşır”
Tarix: 09.04.2014 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


Ankarada Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) üzvü olan ölkələrin parlamentlərinin sosial siyasət komitələrinin birinci toplantısı keçirilib.
Toplantıda quruma üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri, təcrübə və informasiya mübadiləsi ilə bağlı qərarlar qəbul edilib. Tədbir iştirakçılarını qəbul edən Türkiyə parlamentinin sədri Cəmil Çiçək bildirib ki, Dağlıq Qarabağ məsələsi təkcə Azərbaycanın yox, özünü türk hesab edən hər bir kəsin problemi kimi qəbul edilməlidir.
Toplantıda qanunların hazırlanmasında uğurlu modellərdən istifadə edilməsi, informasiya bankının yaradılması və qurumda təmsil olunan ölkələr arasında təcrübə mübadiləsinin aparılmasına dair qərarlar qəbul edilib. Bu barədə tədbir iştirakçılarının Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşündə məlumat verilib.
Sosial siyasət komitələrinin toplantılarının ildə bir dəfə TürkPA-ya sədrlik edən ölkədə keçirilməsi nəzərdə tutulur.
Türkiyə parlamentinin başçısı Cəmil Çiçək türkdilli ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi və yaradılan birliklərdə bütün türk cümhuriyyətlərinin təmsil edilməsinin əhəmiyyətini qeyd edib. Cəmil Çiçək bildirib ki, Türkiyə Dağlıq Qarabağ məsələsinə öz problemi kimi yanaşır.
Tədbirdə çıxış edən Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycanın, Türkiyənin dəstəyini hər zaman hiss etdiyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib
21.09.2019
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış edib
21.09.2019
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”
20.09.2019
Azərbaycan Ordusu yeni kamikadze PUA-nı təlimdə sınaqdan çıxardı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info