“Həyata keçirilməyən arzular: Azərbaycanın qaçqınları və məcburi köçkünləri”
Tarix: 10.04.2014 | Saat: 14:42:00 | E-mail | Çapa göndər


Londonun “Oxo Tower Wharf” məkanının qalereyasında “VII Photo” təşkilatı və Avropa Azərbaycan Cəmiyyətinin (AAC) birgə təşkilatçılığı ilə məşhur sosial və siyasi fotojurnalist Ed Kaşinin ölkəmizin qaçqın və məcburi köçkünlərinin həyat tərzindən bəhs edən şəkillərindən ibarət “Həyata keçirilməyən arzular: Azərbaycanın qaçqınları və məcburi köçkünləri” adlı sərgi açılıb.
Sərginin açılış mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, ölkəmizin və Britaniyanın hökumət, dövlət və ictimaiyyət nümayəndələri, burada yaşayan həmvətənlərimiz iştirak ediblər.
AAC-ın sədri Taleh Heydərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. Onların çətin və acınacaqlı həyat tərzi haqqında məlumat verən AAC-ın sədri, yurd yuvalarından didərgin düşən bu insanlar haqqında dünya ictimaiyyətini məlumatalndırmağın vacibliyini diqqətə çatdırıb. T.Heydərov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən də danışıb. AAC sədri bildirib ki, münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün dövlət tərəfindən humanitar proqramlar da həyata keçirilir.
Sonda T.Heydərov fotojurnalist Ed Kaşiyə təşəkkürünü bildirib, tezliklə torpaqlarımızın işğaldan azad olacağına və doğma torpağımız Qarabağda yeni şəkillərin çəkiləcəyinə umidvar olduğunu vurğulayıb.
Fotojurnalist Ed Kaşi Azərbaycan haqqında təəssüratlarını iştirakçılar ilə bölüşüb, şəkilləri çəkərkən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat tərzi barədə əldə etdiyi məlumatlardan danışıb. Qaçqın və məcburi köçkünlər arasında xüsusilə gənc nəslin öz doğma yurd yuvalarına qayıtmaq arzusunu dilə gətirib. Bütün qaçqın və məcburi köçkünlərimizin gələcəyə ümidlə baxdığı xüsusi vurğulanıb.
Sərgidə təqribən 875 min azərbaycanlı məcburi köçkünün əzab-əziyyətlərindən bəhs edən sənədli fotoşəkillər nümayiş etdirilir. Bu təsiredici şəkillər 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkün kimi yaşayan insanların həyat xronikalarıdır.
Sərgi aprel ayının 13-dək davam edəcək.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Musiqili Teatr mövsümü “Ər və arvad”la açıq elan edəcək
18.09.2020
Üzeyir Hacıbəyli və musiqi xadimlərinin məzarları ziyarət edilib
17.09.2020
Azərbaycanda özəl sektor mədəniyyət sahəsinə də cəlb ediləcək
16.09.2020
“Oltin ko`prik: Qızıl körpü” adlı sənədli film hazırlanır
15.09.2020
Ukraynada yaşayan heykəltəraş soydaşımız Atatürkün büstünü hazırlayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
2 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
3 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
4 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
5 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info