Ötən il 231 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib
Tarix: 10.04.2014 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


“Ötən il Azərbaycanda qeyri-müəyyən vəziyyətdə yaşayan 231 əcnəbi şəxsə Azərbaycan vətəndaşlığı verilib”. Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev Bakıda "Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
P.Musayev qeyd edib ki, hazırda tam gücü ilə işləmək qabiliyyətində olan DMX Azərbaycana gələn hər bir vətəndaşın nə vaxt, harada, nə qədər yaşadığına nəzarət edə bilir.
Onun sözlərinə görə, Azərbaycan artıq miqrantların təyinat ölkəsinə çevrilib. Belə ki, 2013-cü ildə DMX tərəfindən Azərbaycanda yaşamış 140 mindən artıq əcnəbi vətəndaş olduğu yer üzrə qeydiyyata salınıb. Onlardan 11 min nəfərdən çoxuna ölkə ərazisində müvəqqəti yaşama icazəsi verilib.
DMX rəisinin müavini bildirib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra böyük miqrasiya ordusu ilə üz-üzə qalıb. Azərbaycan münaqişə nəticəsində Ermənistandan qovulmuş yüz minlərlə soydaşımızı, eləcə də Özbəkistandan gəlmiş 250 min nəfərə qədər məshəti türklərini qəbul edib: "1 milyon daxili miqrantla üz-üzə qalan Azərbaycan müharibəyə cəlb olunan bir dövlət kimi bu prosesin öhdəsindən gəlməlidir. Bunu ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və bu gün Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu işin öhdəsindən gəlməyə çalışırıq".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır
20.09.2019
Şirkət işçi axtarır
19.09.2019
“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info