Yeni Günəş təyyarəsi
Tarix: 10.04.2014 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


İsveçrədən olan komanda 2015-ci ildə Günəş batareyası ilə işləyən təyyarənin köməyi ilə dünyanı fəth etməyi planlaşdırır. Bundan əvvəl “Solar Impulse” təyyarəsinin köməyi ilə istehsalçılar yerli uçuşlar və bir transatlantik uçuş həyata keçiriblər, lakin artıq birinci uçuşdan sonra isveçrəlilər deyirdilər ki, onların hədəfi məhz Yer kürəsi ətrafında birbaşa uçuşdur. Uçuşun gələn ilin aprel-iyul aylarında olacağı gözlənilir.
“Cybersecurity.ru” saytının məlumatına görə, günəş batareyası ilə işləyən təyyarənin birinci versiyası hələ 5 il bundan əvvəl nümayiş etdirilib; sahibkar və filantrop Bertran Pikarın maliyyə dəstəyi ilə yaradılıb, “Solar Impulse” təyyarəsində uçuşların çox hissəsini pilot Andre Borşberq, ya da Pikar həyata keçirib.
Yer kürəsi ətrafında birbaşa uçuş üçün yeni “Solar Impulse 2” təyyarəsindən istifadə ediləcək. Yeni təyyarədə birinci versiyanın bütün əsas xüsusiyyətləri saxlanılacaq, lakin daha uzunmüddətli uçuşlar üçün hesablanacaq.

Təyyarənin yeni versiyası, demək olar, hazırdır. Pikar günəş batareyası ilə işləyən təyyarənin, demək olar, son variantını İsveçrədə Payern hərbi-hava bazasında nümayiş etdirib. Təyyarənin qanadında 7200 fərdi günəş paneli quraşdırılıb, onların hər biri sərbəst işləyə bilər. “Solar Impulse 2” təyyarəsinin qanadlarının kənar nöqtələri arasındakı məsafə 72 metr təşkil edir ki, bu da birinci versiyada 15% daha çoxdur. “Solar Impulse 2” təyyarəsinin çəkisi 2,3 tondur.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar
23.09.2020
Doğum və ölüm haqqında qeydiyyat elektron qaydada aparılacaq
23.09.2020
XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxıldı
23.09.2020
Emmanuel Makron Türkiyә ilә bağlı bәyanat verib
23.09.2020
Gələn ay əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ətli dovğa
4 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
5 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info