İki əməliyyat sistemli smartfon satışa çıxarılıb
Tarix: 10.04.2014 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Avropa ölkələrində iki – “Android” və “Firefox OS” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Revolution” smartfonunun satışlarına başlanıb. Qurğunu Almaniya, Fransa, İspaniya və Böyük Britaniya bazarlarından əldə etmək olar.
Aparat 2009-cu ildə Avropada ilk dəfə “Android” sistemli smartfon hazırlayan İspaniyanın “Geeksphone” şirkəti tərəfindən istehsal edilib.
“Android” ən məşhur mobil əməliyyat sistemi olduğu halda “Firefox OS” nisbətən az tanınır. “Mozilla” şirkəti tərəfindən hazırlanan “Firefox OS” mobil əməliyyat sistemi “HTML”, “CSS” və “JavaScript” açıq standartlarına əsaslanır ki, bu da ona əksər veb-əlavələrlə uyğunluğa imkan verir. Sistemdə brauzerdə olduğu kimi, “Gecko” mühərrikindən istifadə olunur.
“Revolution” modelinin daxilində 1,6 QHs takt tezlikli ikinüvəli "Intel Atom” prosessoru, 2 QB tutumlu operativ yaddaş və 4 QB tutumlu daxili yaddaş quraşdırılıb. Aparat “IPS” matrisalı 4,7 düymlü qHD-displey, 8 meqapikselli əsas və 1,3 meqapikselli ön kamera, eləcə də 2000 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Həmçinin yaddaş kartı (32 QB) dəstəklənir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Prezident: “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik”
20.09.2019
Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib
20.09.2019
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeodan
20.09.2019
Türkiyә prezidenti sabah ABŞ-a sәfәr edәcәk
20.09.2019
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889



© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info