Ayağı ayaq üstünə aşırmaq varikoz yaradır
Tarix: 12.04.2014 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Həkim qanın daha düzgün dövriyyəsi üçün oturma şəklinə diqqət etmənin labüd olduğunu vurğulayır
Ayağı ayaq üstünə aşıraraq oturmaq qanın dövriyyəsini məhdudlaşdırır və varikoz riski yaradır. Bu, radiodiaqnostika mütəxəssisi Əli Rza Nəcəfzadənin araşdırmaları nəticəsində məlum olub. “Ayağı ayaq üstünə aşıraraq oturmanın bəzi təhlükəli tərəfləri var. Belə oturuş qanın yuxarıya axmasının qarşısını aldığı üçün varikoz yaradır və çoxalmasına səbəb olur. Varikoz şikayəti olanlar və ya xüsusilə belə bir şübhəyə sahib insanların bu cür oturmasını məsləhət görmürük”.
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Nəcəfzadə qanın bədəndə daha düzgün dövriyyəsi üçün oturma şəklinə diqqət etmənin labüd olduğunu vurğulayır. “Diz oynağının və çanaq oynağının rahat olacağı hündürlük və doğruluq nisbəti var. Nə hündürdə olaraq ayaqlar asılı qalmamalı, nə də çox aşağı olaraq diz bucağı daralmamalıdır”.
Radiodiaqnostika mütəxəssisi bununla kifayətlənməməyi, bəzi məşqlər də etməyi məsləhət görür. “Hökmən məşqlər etməliyik. Təmiz havaya çıxmalı, lazım olsa, C və digər vitaminləri qəbul etməliyik. Ayaq üstə çox dayanmamağa diqqət etməliyik. Nəqliyyatda uzun müddət davam edəcək səyahətlərdə hökmən ayaq və qıç məşqləri etməliyik”.




 
Bölməyə aid digər xəbərlər
28.05.2020
Uşağın boğazı ağrıyırsa, ona dondurma verin
25.05.2020
Nəyə görə kişilər acı qırmızı bibər yeməlidir - 5 aydası
24.05.2020
Yeganə Rəşidova: Tiklər oğlan uşaqları arasında daha çox müşahidə olunur
23.05.2020
Ürək xəstəliklərindən qorunmağın səmərəli üsulu açıqlanıb
23.05.2020
Kavasaki sindromunun ən qorxulu ağırlaşması...

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info