Azərbaycan nümayəndə heyəti Salonikiyə səfər edib
Tarix: 14.04.2014 | Saat: 14:23:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Afinadan 2014-cü il Avropanın Gənclər Paytaxtı seçilmiş Saloniki şəhərinə səfər edib.
Nazirliyin mətbuat xidmətindən “Palitra”ya verilən məlumata görə, nazir müavini İntiqam Babayevi Yunanıstanın Makedoniya və Frakiya üzrə naziri Teodoros Karaoqlu qəbul edib.
Görüş zamanı İ.Babayev Azərbaycan nümayəndə heyətinin Yunanıstana səfərinin məqsədləri və ölkəmizdə həyata keçirilən gənclər siyasəti haqqında məlumat verib.
Nazir T.Karaoqlu iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin daha da genişləndirilməsini və həyata keçirilən mübadilə proqramlarında təmsil etdiyi regionun gənclərinin aktiv iştirakını arzulayıb.
İ.Babayev Saloniki şəhərinin meri Yannis Butarislə görüşüb. Qonaqları salamlayan Butaris Bakı və Saloniki arasında olan bir çox oxşar cəhətlərdən danışıb, gələcəkdə Saloniki və 2016-cı il Avropanın Gənclər Paytaxtı seçilən Gəncə şəhərinin gəncləri arasında dostluq əlaqələrinin genişləndirilməsinə yönəlmiş birgə layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
Öz növbəsində İ.Babayev Gəncə şəhərinin seçimi zamanı verdikləri dəstəyə görə Y.Butarisə öz minnətdarlığını bildirib.
Axşam Saloniki şəhərinin "Meqaro Mousikis" konsert salonunda Azərbaycan Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin iştirakı ilə konserti keçirilib.
Açılışda ölkəmizin Yunanıstanda fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev çıxış edərək iki ölkənin dostluq əlaqələrindən, Azərbaycan mədəniyyətinin zənginliyindən danışıb.
Azərbaycan və dünya bəstəkarlarının əsərlərini gənclərimizin ifasında dinləyən Salonikililər musiqimizdən zövq aldıqlarını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Yeni sosial layihə
31.05.2020
Müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başa çatdı
31.05.2020
Ünvanlı sosial yardımın artıq ödənişini könüllü qaytarmayanlar məhkəməyə veriləcək
31.05.2020
Həvəsləndirmə yerlərinin tətbiq olunduğu müəllim yerlərinin sayı açıqlandı
31.05.2020
Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info