Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinə start verilib
Tarix: 14.04.2014 | Saat: 14:26:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin inzibati binasında vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinin açılış mərasimi keçirilib. Turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil edilib. Nazirlikdən “Palitra”ya verilən məlumata görə, vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov turnirin iştirakçılarını salamlayaraq bildirib ki, ötən əsrin 70-ci illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başlamasından sonra şahmatın inkişafına güclü təkan verilib. Həmin dövrdə idmanın bu növünə göstərilən diqqət və qayğı nəticəsində ölkənin bir çox şəhər və rayonlarında onlarla şahmat məktəbləri və klublar açılmış, Azərbaycan şahmat məktəbi formalaşmağa başlayıb.
S.Ələkbərov Prezident İlham Əliyev tərəfindən də bu siyasətin uğurla davam etdirildiyini, bu məqsədlə dövlət başçısının 2009-2012-ci ildə respublikamızda şahmatın inkişaf etdirilməsi ilə bağlı ayrıca sərəncam imzaladığını və Dövlət Proqramının qəbul edildiyini vurğulayıb. Qeyd olunub ki, bütün bunların nəticəsində şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı gündən-günə artır. Bu sahədə əldə edilən uğurlar, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr respublikamızın gəncləri arasında şahmata marağı daha da artırır. Hazırda respublikada fəaliyyət göstərən 65 uşaq-gənclər şahmat məktəblərində və klublarda 40 minə yaxın uşaq və yeniyetmə məşğul olur.
Turnirdə vergi orqanlarının bütün struktur bölmələrindən ümumilikdə 32 əməkdaş iştirak edir. Bu ilki şahmat turnirində Azərbaycanın istedadlı şahmatçısı Vüqar Həşimovun xatirəsini yad etmək məqsədilə ən sürətli qələbə üçün xüsusi mükafat və diplom təsis edilib. Həmin mükafat yarışda ən qısa vaxt ərzində qalib gəlmiş iştirakçıya veriləcək. Olimpiya sistemi üzrə keçirilən turnir may ayının 3-də başa çatacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Messi qərarını verdi
01.06.2020
“Barselon“nın futbolçusu “Mançester Siti“yə keçir
31.05.2020
Koronavirus “Kral klubu“nun əl-ayağını bağladı
31.05.2020
50 milyonluq transfer açıqlandı
31.05.2020
Qadın döyüşçü UFC-də ilkə imza atdı

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info