Niderlanddan təqdirəlayiq qadağa
Tarix: 14.04.2014 | Saat: 14:30:00 | E-mail | Çapa göndər


Niderland Milli Təhlükəsizlik və Ədliyyə Nazirliyi ölkədəki bütün pirat kontenti qeyri-qanuni elan edərək onun yüklənməsini qadağan edib. İndiyədək istifadəçilər şəxsi istifadə üçün lisenziyasız musiqi və filmləri yükləyə bilirdilərsə, yeni qaydalar onları bu imkandan məhrum edib.
Ötən ilin əvvəlində Niderland hökuməti piratların fəaliyyəti nəticəsində yaranan itkiləri kompensasiya etməyə çalışaraq yazılan “CD” və “DVD”-lərə, sərt disk və yaddaşı quraşdırılmış elektron qurğulara (smartfon, kompüter, pleyer və s.) yüksək vergilər tətbiq edib. Ödənişlərin məbləği elektronika üçün 5 avro, “CD” və “DVD” disklər üçün 3 sent təşkil edib.
Lakin sonradan Avropa Məhkəməsi elektron qurğu alıcılarının heç də hamısının pirat olmamasını əsas gətirərək bu vergilərin qanuna ziddiyyət təşkil etməsi və ədalətsiz olması barədə qərar çıxarıb. Niderland Milli Təhlükəsizlik və Ədliyyə Nazirliyi Avropa İttifaqının yuxarı instansiya məhkəməsinin sübutlarını nəzərə alaraq bütün pirat kontenti qanundan kənar elan edib.
Niderlandda diqqətin ayrı-ayrı piratlara deyil, lisenziyasız film və musiqi yayan internet resurslarına yönəldiləcəyi nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
28.05.2020
Hindistanda 80 il heç nə yeməyən yoq ölüb
28.05.2020
İnfeksiya heyvandan insana ötürüldü?
27.05.2020
Britaniya tarixində ilk dəfə hicablı müsəlman qadın hakim seçildi
26.05.2020
Salyandakı Mir Əşrəf ağa məscidində nadir çıraq saxlanılır
26.05.2020
Bu ölkədə hər həftə 2-3 nəfər İslamı qəbul edir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info