4 il sonra smartfon prosessorlarının satışı 30 milyard dollar olacaq
Tarix: 14.04.2014 | Saat: 14:37:00 | E-mail | Çapa göndər


"Strategy Analytics” tədqiqat agentliyi mobil prosessor əlavələri bazarının (Application Processor, AP) perspektivlərini qiymətləndirib. Əsas tendensiyalar arasında analitiklər 64 bitlik həllərə tələbatın artmasını, “LTE” modemli çiplərin payının yüksəlməsini və çoxnüvəli məhsulların liderliyini qeyd edirlər.
Ekspertlərin proqnozlarına əsasən, 2018-ci ildə smartfonlar üçün əlavələr prosessorlarının satış həcmi 30 milyard dollara çatacaq. Bu bazarın həcminin ildə orta hesabla 10,8 faiz artacağı gözlənilir. Planşet çiplər seqmentində illik artım göstəricisi 14,6 faizə bərabər olacaq, 2018-ci ildə yekun satış həcmi 7,2 milyard dollar təşkil edəcək.
2012-ci ildə smartfonlar üçün “AP” çiplərin yarısı çoxnüvəli arxitekturaya malik olub. Dörd ildən sonra istehsalçılar tam şəkildə bu arxitekturaya keçəcək. Planşetlər bazarında isə bu, artıq baş verib.
2018-ci ildə bazarda 64 bitlik telefon çiplərinin nüfuzetmə dərəcəsi 75 faiz təşkil edəcək. 2013-cü ildə bu göstərici 3 faizə bərabər olub. Bu yüksəliş “Apple”, “Qualcomm”, “Samsung” və “Intel” şirkətləri sayəsində olacaq. “Intel” mobil sahədə aktiv iş apararaq “ARM” şirkətinin payının bir qisminə sahib çıxır.
“Strategy Analytics”in proqnozuna əsasən, 2018-ci ildə buraxılan prosessor əlavələrinin 83 faizi “ARM” arxitekturası ilə təchiz olunacaq, halbuki 2012-ci ildə bu göstərici 100 faiz olub. Planşet kompüterlər arasında ARM-çiplərin payı bu müddət ərzində 98 faizdən 70 faizədək aşağı düşəcək.
Analitiklər hesab edirlər ki, “Intel” yeni texnoloji proseslərə (14 nanometr və daha aşağı) yiyələnməklə, eləcə də quraşdırılmış “3G/4G” modemli məhsulların satışı sayəsində mobil qurğular bazarında vəziyyətini yaxşılaşdıra bilər
Tural




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Dünyanın ən yaşlı kişi sakini rumıniyalıdır
31.05.2020
NASA astronavtlı ilk uçuşunu reallaşdırdı
31.05.2020
Jurnalistləri robotlar əvəz edir
31.05.2020
Şəkinin mərkəzində qonur ayı göründü
30.05.2020
Martda Balakənə xınayaxdıya gələn Çakır ailəsinin dalınca təyyarə göndərildi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info