Mehriban Əliyevanın dəstəyi ilə Pakistanda humanitar aksiya
Tarix: 14.04.2014 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


Pakistanın Pəncab əyalətinin Lahor şəhərinin Ancuman Süleymaniya məktəbində (kimsəsiz uşaqlar evində) Heydər Əliyev Fondunun Prezidenti UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə humanitar aksiya keçirilib.
Fonddan “Palitra”ya verilən məlumata görə, Lahor şəhərində təşkil olunmuş tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Heydər Əliyev Fondunun Prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrində silsilə humanitar yardımlar proqramının icra edildiyini qeyd edərək, fondun, xüsusilə, kimsəsiz uşaqlara hər zaman diqqət və qayğı göstərdiyini bildirib.
Daha sonra səfir Heydər Əliyev Fondunun adından hər bir uşağa müxtəlif hədiyyələr verib, Ancuman Süleymaniya məktəbində aparılan yenidənqurma işlərinə maliyyə yardımı təqdim edib.
Ancuman Süleymaniya məktəbinin vitse-prezidenti Rauf Xalid Mustafa və icraçı direktoru Şahida Riaz öz çıxışlarında Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildiriblər. R.X.Mustafa, Mehriban Əliyevanın kimsəsiz uşaqlara göstərdiyi bu diqqəti onun humanistliyinin, islam dəyərlərinə sadiqliyin həmçinin iki xalq arasında məhəbbətinin göstəricisi olduğunu bildirib.
Məktəbin icraçı direktor Şahida Riaz çıxışında, Ancuman Süleymaniyanın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, 100 nəfərdən çox sakini olan kimsəsizlər evində uşaqlar, yaşamaqla yanaşı müasir standartlara cavab verən təhsil alır, zəruri tibbi yardım ilə təmin edilirlər. Hazırda uşaqlar evində yenidənqurma işlərinin aparıldığını, ərazidə yeni yaşayış və təhsil bloku tikildiyini qeyd edən icraçı direktor, Azərbaycanın birinci xanımın göstərdiyi maliyyə yardımının məhz bu yenidənqurma işlərinə sərf olunacağını bildirib.
Daha sonra Ancuman Süleymaniyada məskunlaşmış uşaqlar səhnəciklər nümayiş etdirmiş, mahnılar ifa ediblər.
Mərasimin rəsmi hissəsindən sonra tədbir iştirakçıları uşaqlar evinin yaşayış və tədris binaları ilə, burada aparılan yenidənqurma işləri ilə tanış olublar.
Tədbirin sonunda, D. Şikarov, tədbirə qatılmış Pəncab əyalətinin aparıcı media mənsublarına müsahibə verib. Müsahibədə səfir, Azərbaycan-Pakistan dostluğu, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi təşkil olunacaq
01.06.2020
Maska taxmayanlara agentlikdən “sürpriz“
01.06.2020
Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri
01.06.2020
Övladlarımızı ölkəmiz üçün əsl vətəndaş kimi yetişdirməliyik
01.06.2020
AzTU-nun professoru Türkiyə telekanalında erməni yalanlarını ifşa etdi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info