Təkrar dondurulmuş yeyinti mallarının satışı qadağan edilib
Tarix: 14.04.2014 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Azərbaycanda təkrarən dondurulmuş yeyinti mallarının satışı qadağan edilib. Nazirlər Kabinetindən verilən məlumata görə, bu, "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda nəzərdə tutulub.
Həmin qaydalara əsasən, iribuynuzlu və xırdabuynuzlu heyvan cəmdəyi ictimai iaşə obyektinə müvafiq baytarlıq şəhadətnamələri ilə müəyyən edilən hallar istisna olmaqla, cəmdək, yarımcəmdək və cəmdəyin dörddə bir hissəsi (şaqqaları) formasında qəbul edilir.
Azərbaycanda kəsilmiş heyvan cəmdəklərinin sümükdən ayrılmış formada ətinin ictimai iaşə obyektlərinə qəbul edilməsi qadağan olunub.
Qaydalara əsasən, istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddətdə dəyişdirilməlidir.
İstehlakçının malı dəyişdirmək tələbi mal olmadıqda, müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir.
Qaydalarda göstərilir ki, Azərbaycan ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır.
Qaydalarda o da qeyd edilir ki, ticarət obyektinin qarşısında, ətrafında malların (işlərin, xidmətlərin) nümunələrinin nümayiş etdirilməsinə (qoyulmasına), satışına, xidmətlərin göstərilməsinə yol verilmir.
Tural




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
“Düşünürəm ki, koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq”
01.06.2020
Dünyanın hər yerində uşaqlar xoşbəxt və bəxtəvər böyüsünlər
01.06.2020
Hər uşaq öz yaş dövrünə uyğun hüquqlarına bələd olmalı və istismardan qorunmalıdır
01.06.2020
Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üzrə müraciətlərə başlanılır
31.05.2020
190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsi təklif edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info