Dövlət Sərhəd Xidmətindən mart ayının statistikası
Tarix: 14.04.2014 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


2014-cü ilin mart ayı ərzində 20 halda Azərbaycanın dövlət sərhədini pozduqları üçün 20 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən “Palitra”ya verilən məlumata görə, saxlanılanların 8 nəfəri Azərbaycan, 5 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Gürcüstan, 1 nəfəri Rusiya, 1 nəfəri Moldova, 1 nəfəri Ukrayna vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 5 halda 5 nəfər, Xəzər dənizində 39 halda 57 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq- mühafizə orqanları tərəfindən axtarışda olan 205 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 4 kiloqram 711,5 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 63 halda ümumi dəyəri təqribən 187 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd tüfəng, ov tüfəngi üçün 49 ədəd patron, 2 ədəd elektrokeyləşdirici, 1 ədəd beşbarmaq, 5886 qutu siqaret, 6660 ədəd pirotexniki vasitə, 315 baş xırdabuynuzlu, 17 baş iribuynuzlu mal-qara, 5 baş at, 97 ədəd mobil telefon müxtəlif növ dərman preparatları, spirtli içki, sənaye və ərzaq malları saxlanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi təşkil olunacaq
01.06.2020
Maska taxmayanlara agentlikdən “sürpriz“
01.06.2020
Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri
01.06.2020
Övladlarımızı ölkəmiz üçün əsl vətəndaş kimi yetişdirməliyik
01.06.2020
AzTU-nun professoru Türkiyə telekanalında erməni yalanlarını ifşa etdi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info