Beynəlxalq İKT konfransı keçiriləcək
Tarix: 14.04.2014 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Texniki Universitetində oktyabrın 27-28-də “İnformasiya-kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək.
Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar (RYTN), Təhsil nazirlikləri və Azərbaycan Texniki Universiteti konfransın təşkilatçıları qismində çıxış edəcək.
RYTN-dən verilən məlumata görə, konfrans müasir informasiya və kommunikasiya texnologiyaları sahəsində elmi nailiyyətlər barədə müzakirələr və fikir mübadiləsinin aparılması, alimlərin və mütəxəssislərin elmi işlərinin stimullaşdırılması, elm və təhsil sahələrində beynəlxalq əməkdaşlıq, MDB və digər xarici dövlətlərin alimləri ilə elmi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi, müasir İKT-nin inkişafı ənənələri və perspektivlərinin müzakirəsi məqsədlərini daşıyır. Konfrans rabitə nəzəriyyəsi, müasir informasiya texnologiyaları və informasiyanın mühafizəsi, müasir naqilsiz rabitə texnologiyaları, telekommunikasiya şəbəkələri və sistemləri, təsvirlərin emalı üsulları və vasitələri, kompüter şəbəkələri və idarəetmə sistemləri bölmələrini ehtiva edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsi təklif edilir
31.05.2020
Azərbaycanda iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bərpa olunur
31.05.2020
Azərbaycanda bu kənd nəzarətə götürüldü - VİDEO
30.05.2020
Uzun müddət tibbi maska taxmağın neqativ təsiri
30.05.2020
Karantin dövründə maskadan istifadə tələblərinin pozulmasına görə təklif edilən cərimələr məlum olub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info