“Univision” tələbə mahnı müsabiqəsinə qoşulan təhsil müəssisələrinin sayı ildən-ilə artır
Tarix: 14.04.2014 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


“Univision” tələbə mahnı müsabiqəsinə qoşulan təhsil müəssisələrinin sayı ildən-ilə artır. Gənclər bu layihəyə böyük maraq göstərirlər.
Bu sözlər aprelin 14-də Bakıda III “Univision” tələbə mahnı müsabiqəsi münasibətilə keçirilən mətbuat konfransında və püşkatma mərasimində səsləndirilib.
Mətbuat konfransında çıxış edən münsiflər heyətinin üzvlərindən Əməkdar Artist Tünzalə Ağayeva, Gənclər və İdman Nazirliyinin əməkdaşı Elnur Abdullayev, modelyer Gülnarə Xəlilova və başqaları artıq üç ildir keçirilən bu yarışmaya böyük maraq göstərilməsindən söhbət açıblar.
Bildirilib ki, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə keçirilən müsabiqədə 22 təhsil müəssisəsinin təmsilçiləri iştirak edəcəklər. Bu il, həmçinin Naxçıvan Dövlət Universitetinin tələbələri də müsabiqəyə qoşulublar.
Müsabiqənin yarımfinal və final mərhələləri müvafiq olaraq aprelin 15-də və 21-də Heydər Əliyev Sarayında keçiriləcək.
Qeyd olunub ki, III “Univision” tələbə mahnı müsabiqəsinin qalibi mayın 14-dən 21-dək Bakıda keçiriləcək II Beynəlxalq “Univision” tələbə mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək. Həmin beynəlxalq müsabiqədə, demək olar ki, dünyanın bütün qitələrindən tələbələr təmsil olunacaqlar. Bu isə müsabiqəyə böyük maraq olduğunu bir daha təsdiqləyir.
Çıxışlarda layihənin bundan sonra da davam edəcəyinə əminlik ifadə olunub və gənclərə uğurlar arzulanıb.
Sonra püşkatma keçirilib və təhsil müəssisələrinin təmsilçilərinin, gənc ifaçıların çıxış ardıcıllığı bəlli olub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Masallıda onlayn kino aylığı keçirildi
31.05.2020
Leyla Bədirbəylinin 100 illiyinə poçt markası buraxılıb
30.05.2020
“Mənəm, mən...” tamaşası növbəti dəfə nümayiş olunub
28.05.2020
Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya
28.05.2020
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info